Keçmişimizə
və gələcəyimizə dəstək
Azərbaycan
İstiqlal Muzeyinin kollektivi “Keçmişimizə və gələcəyimizə
dəstək” aksiyası çərçivəsində Beynəlxalq
Ahıllar Günü və müqəddəs
Qurban bayramı münasibətilə
oktyabrın 2-də Bilgəh qəsəbəsində yerləşən
Qocalar evini ziyarət edib.
Muzeyin təşkilatçılığı ilə alınan bayram sovqatı pansionatda yaşayan 170-ə yaxın ahıla təqdim olunub. Bəzən imkansızlıqdan, bəzən isə bütün imkanları ola-ola övladlar öz valideynlərini dövlətin himayəsinə verirlər. Belə xeyriyyə tədbirlərin təşkilində də məqsəd ictimaiyyətin diqqətini bu insanlara yönəltməkdir.
Son illər Heydər
Əliyev Fondunun prezidenti,
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın köməyə
ehtiyacı olan insanlara
göstərdiyi diqqət və qayğı, xeyirxahlıq bu ünvandan da yan keçməyib. Qocalar evi müasir
tələblərə uyğun təmir edilib. Bu insanlara
göstərilən diqqət ən yüksək səviyyədədir.
Ahıl insanların hər zaman bir doğma nəfəsə
də ehtiyacları var. Məhz bu səbəbdən Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları
belə tədbirlərdə mütəmadi olaraq
iştirak edirlər.
Mədəniyyət.- 2014.- 10
oktyabr.- S. 13.