Forumun qonaqları Milli
İncəsənət Muzeyində olublar
IV Beynəlxalq Bakı Humanitar Forumu ilə əlaqədar şəhərimizə gələn "Moskva-Kremli" Dövlət Tarixi Qoruq-Muzeyinin direktoru, ilk kosmonavt Yuri Qaqarinin qızı Yelena Qaqarina, böyük rus şairi Mixail Lermontov nəslinin nümayəndəsi Yelena Lermontova, ölkəmizin Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova oktyabrın 3-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.
Görüşdə Azərbaycan Milli İncəsənət Muzeyinin
direktoru Çingiz Fərzəliyev
və muzeyin əməkdaşları iştirak ediblər. Azərbaycan Milli İncəsənət Muzeyi
ilə "Moskva-Kremli" Dövlət Tarixi Qoruq-Muzeyi arasında
gələcək əməkdaşlıq əlaqələrinin
perspektivlərindən söhbət açılıb. Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
Mədəniyyət.- 2014.- 10
oktyabr.- S. 4.