Türkçülüyün tərənnümçüsü
Oktyabrın 10-da Quba rayon MKS-nin
Mərkəzi kitabxanasında tanınmış şair, ədəbiyyatşünas, Əməkdar
incəsənət xadimi, professor
Rəfiq Zəka Xəndanın 75 illiyi ilə
əlaqədar oxucu konfransı keçirilib.
Konfransı MKS-nin direktoru Saməddin Nəsirov açaraq Prezident İlham Əliyevin sentyabrın 16-da Rəfiq Zəka Xəndanın 75 illik yubileyi ilə bağlı sərəncam imzaladığını diqqətə çatdırıb, şairin klassik poetik ənənələrin layiqli davamçısı kimi ədəbiyyatımıza dəyərli töhfələr verdiyini vurğulayıb.
Mərkəzi kitabxananın oxuculara
xidmət şöbəsinin multimedia
mütəxəssisi Hüriyyə Sultanova
Rəfiq Zəka Xəndanın
yaradıcılığının məziyyətlərindən
danışıb. Azərbaycan Müəllimlər İnstitutu Quba
filialının tələbəsi Zöhrə Əliyeva şairin türkçülüyün
yasaq olduğu sovetlər
dövründə ədəbi məclislərdə milli ruhlu şeirlər
söyləməsindən bəhs edib. Sonda Müəllimlər İnstitutu
Quba filialının tələbələri
şairin məşhur şeirlərindən
parçalar söyləyiblər.
Mədəniyyət.- 2014.- 15
oktyabr.- S. 11.