Azərbaycan - turizm və istirahətin inkişafı
yolları
Ukrayna jurnalında məqalə dərc olunub
Ukraynanın populyar «AvtoBiznesTur» reklam-informasiya jurnalında
ölkəmizin turizm sənayesinin inkişafı
haqqında geniş məqalə dərc olunub. «Azərbaycan - turizm və istirahətin inkişafı
yolları» sərlövhəli
materialda gözəl təbii landşaftlardan, dənizlərdən, başıqarlı
dağlardan bəhs olunur, Azərbaycan xalqının çox zəngin tarixi, mədəni və mənəvi dəyərlərinin
təbliği kontekstində
turizmin və turizm sənayesinin müxtəlif cəhətləri
təhlil edilir.
Məqalədə qeyd olunur ki,
son on ildə Azərbaycan
turizm sahəsinə investisiya qoyuluşu üçün getdikcə
daha cazibədar bir məkana çevrilir. Yazıda deyilir ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkə
hökuməti istər
paytaxtda, istərsə
də təbii-iqlim zonalarını nəzərə
almaqla, müxtəlif
regionlarda müasir turizm və istirahət sənayesinin yaradılmasına dair proqramlar işləyib hazırlayıb.
Məqalədə Qəbələdəki turizm
mərkəzlərindən, «Tufandağ» dağ-xizək
kompleksindən ətraflı
bəhs olunur. Müəllif
Lidiya Koltunova oxuculara xatırladır ki, Qəbələdə hər il
beynəlxalq musiqi festivalı keçirilir. Qeyd olunur ki, Qəbələdə
beynəlxalq aeroportun açılması ilə
Azərbaycanın bu
nadir regionuna xarici turistlərin gəlməsi
üçün imkanlar
genişlənir.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 15
oktyabr.- S. 7.