Avropa irs günləri” layihəsinin əsas tədbiri Bakıda keçirilir

 

“Fəxr edirik ki, ölkəmizin mədəni irsinə bütün dünyada maraq göstərilir”

 

Oktyabrın 14-də “Four Seasons Baku” hotelində Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində «Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014» adlı tədbir işə başladı.

 

Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə sözügedən təşkilatların “Avropa irs günləri” layihəsinin icrası üzrə üzv ölkələrin koordinatorları, yerlixarici ekspertlər iştirak edir.

Tədbirin iştirakçıları əvvəlcə «İcmalar irsi formalaşdırır: Azərbaycan simaları» mövzusunda fotosərgi ilə tanış oldular. Sərgidə Azərbaycanın bölgələrini təmsil edən müxtəlif etnikdini mənsubiyyətə malik insanların fotoları yer alıb.

 

Mədəni irs dövlətin prioritetləri arasında xüsusi yer tutur

 

Tədbirin açılışında çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkəmizin Avropanın bütün beynəlxalq layihələrində, tədbirlərində fəal iştirakından danışaraq bildirdi ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə nəzərdə tutulan tədbirlər çərçivəsində mədəniyyət turizm sahələri geniş əhatə olunub: “Bu sırada ilk tədbir «Mədəniyyət rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı» idi. Bu istiqamətdə son tədbirimiz isə noyabrın əvvəlində keçiriləcək mədəni turizm marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı olacaq. Gələn ay Avropa Şurasında Azərbaycanın sədrlik müddəti başa çatır. Ölkəmiz özünü Avropa ailəsinin ən yaxın üzvü kimi tanıtdıra bilib”.

Nazir bildirdi ki, «Avropa irs günləri»nin keçirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki mədəni irs Azərbaycan dövlətinin prioritetləri arasında mühüm yer tutur: «Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası təsdiq olunub. Konsepsiyada mədəni irsin qorunması əsas istiqamətlərdən biri kimi əksini tapıb. Azərbaycanda çoxsaylı qoruqlar, muzeylər, mədəni irs nümunələri var. Fəxr edirik ki, ölkəmizin mədəni irsinə bütün dünyada maraq göstərilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən bir çox ölkələrdə mədəniyyət obyektlərinin bərpası, yenidən qurulması istiqamətində layihələr həyata keçirilir. Bu layihələr Luvr muzeyinin ekspozisiyasından tutmuş Vatikan katakombalarının bərpasına qədər geniş spektri əhatə edir. Biz yalnız mədəni irsin qorunması haqqında düşünmürük. Eyni zamanda gələcək nəsillərdə həmin irsə ehtiramla yanaşılmasını, digər xalqların mədəniyyətinə, irsinə hörmət edilməsini nümayiş etdiririk. Bu, Azərbaycan xalqına xas olan multikulturalizmin gücləndirilməsinə yönəlmiş addımlardır».

 

Xalqımız tarixinə, mədəniyyətinə yaxından bələd olmalıdır

 

Nazir bildirdi ki, Azərbaycan böyük beynəlxalq tədbirlərin ev sahibi, sivilizasiyalararası dialoq forumlarının məkanı kimi tanınır: «Gələn il Bakı 3-cü dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Azərbaycan tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı məkan olub. Ölkəmiz bu gün bu müsbət tendensiyanı daşıyır. Qloballaşan dünyada Azərbaycan özünəməxsusluğunu qoruyub saxlamaqla yanaşı, bütün mədəniyyətlərə doğru açıq sima, açıq niyyətlə gedir. Bu gün İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qoruğu dünyanın mədəni irs nümunələri siyahısındadır. Qobustan qoruğundakı muzey kompleksi 2012-ci ildə Avropanın ən yaxşı 5 muzeyi sırasına daxil olub. Bu, Azərbaycan cəmiyyətinin öz tarixinə, keçmişinə münasibətinin göstəricisidir bunu da bütün dünya görür”.

Əbülfəs Qarayev mədəni irsin təbliğində turizm imkanlarından daha geniş istifadə olunmasının vacibliyini vurğuladı: “Qoruq yaxud muzey yaradıla bilər, amma onu yaşatmaq üçün müxtəlif layihələr həyata keçirilməlidir. Bu baxımdan biz yeni bir ənənəyə imza atmışıq. Ayda bir dəfə həftənin 6-cı günü Azərbaycan Xalça Muzeyinə giriş pulsuzdur muzey gecə saat 1-ə qədər açıqdır. Bu təcrübəni ilk dəfə sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə reallaşdırdıq böyük effektini gördük. Həmin gün muzeyi 15-20 min insan ziyarət etdi. Belə layihələri həyata keçirməkdə məqsədimiz odur ki, Azərbaycan xalqı öz tarixinə, mədəniyyətinə daha yaxından bələd olsun».

Avropa irs günlərilayihəsinin əsas tədbirinin Azərbaycanda təşkilinin əhəmiyyətini vurğulayan nazir qeyd etdi ki, bu, Azərbaycanda mədəniyyət sahəsinə verilən diqqətin bir nümunəsidir ölkədə mədəni irsin saxlanılmasına, qorunmasına töhfə olacaq.

Tədbirdə «Avropa irs günləri layihəsi onun Azərbaycanda qeyd olunması»na dair film nümayiş olunduqdan sonra Avropa Şurası Demokratik İdarəçilik Direktorluğunun rəhbəri Klaudia Luçianinin videomüraciəti diqqətə çatdırıldı.

 

Avropanın inkişafında müstəsna əhəmiyyətli meyar

 

Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç çıxışında dedi ki, hər il qitənin 50 ölkəsində qeyd olunan «Avropa irs günləri»nə yüz minlərlə insan cəlb olunur. Layihənin milli koordinatorları mədəni dəyərlərin mühafizəsində fəal surətdə iştirak edir.

D.Filipoviç Azərbaycanın sadəcə mədəni müxtəlifliyi ilə deyil, eləcə tolerantlığı ilə fərqləndiyini qeyd etdi: «Müxtəlif dini icmaların abidələrinə, milli azlıqların dəyərlərinə hörmət bu ölkədə mövcuddur. Yerli icmaların da Avropa mədəni irsinin qorunmasında rolu əhəmiyyət daşıyır. «Avropa irs günləri» bizim üçün növbəti bir fürsətdir ki, lokal yerli mədəniyyət təmsilçiləri ilə yaxından tanış olaq.

Azərbaycanın aidiyyəti orqanları ilə Avropa Şurası birgə fəaliyyət planı hazırlayıb. Proqramda xüsusi bir bölmə mədəniyyətlərarası dialoqa həsr olunub».

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard oğlu ilə birlikdə Qobustana getdiklərini bu məkana valeh olduqlarını dedi. Onun sözlərinə görə, Qobustan çox ecazkar yerdir: «Avropa irs günləri»nin belə bir mədəni irsə malik ölkədə qeyd edilməsi gözəl bir haldır. Qeyd edim ki, Avropa özü mədəni bir muzeydir. Mədəni irs Avropanın inkişafında müstəsna əhəmiyyətli meyardır».

Avropa Komissiyasının «Yaradıcı Avropa proqramı»nın rəhbəri Monika Urian de Souzanın fikrincə, mədəni irs bizi keçmişimizə aparmaqla yanaşı, gələcəyimizi formalaşdırmağa imkan verir. Onun sözlərinə görə, «Avropa irs günləri» layihəsi bizim birlikdə nəyə qadir olduğumuzun bariz nümunəsidir.

«Avropa irs günləri» layihəsinin meneceri Madelena Qrosman isə qeyd etdi ki, layihə bütün Avropanı əhatə edən unikal bir proqramdır müxtəlif ölkələrdən milyonlarla insanı bir araya gətirir.

Günün ikinci yarısında tədbir işini sessiyalarla davam etdirdi.

Oktyabrın 15-də tədbir müxtəlif təqdimatlarla davam edəcək. Oktyabrın 16-da qonaqlar ölkəmizdəki mədəni irs obyektlərinə səfər edəcəklər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 3.