Azərbaycan aşıqları Tehranda festivalda iştirak ediblər

 

Oktyabrın 13-də Tehran şəhər bələdiyyəsinin təşkilatçılığı ilə aşıq musiqisi festivalı keçirilib. Festivalda İran İslam Respublikasının sənətçiləri ilə yanaşı, Azərbaycan, Türkiyə Gürcüstandan gəlmiş aşıqların da çıxışları dinlənilib. Arasbaranmədəniyyət mərkəzində keçirilən konsertdə Azərbaycan aşıqlarının ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 3.