Azərbaycanlı fotoqraflar Daşkənd biennalesində uğur qazanıblar

 

Oktyabrın 6-dan 12-dək Özbəkistanın paytaxtı Daşkənddə 7-ci beynəlxalq fotobiennale keçirilib. Ölkəmizi bu tədbirdə bir neçə fotoqraf təmsil edib. Münsiflər heyətinin qərarına əsasən, Zemfira Mahmudova qazaxıstanlı təmsilçi Olqa Korençukla “Ən yaxşı sənədli fotqrafiya” nominasiyası üzrə birinci yeri bölüşüb. Arzu Mürvətova Litvadan Ramualdas Auhanas ilə ikinci yeri tutub. “Ən yaxşı sənədli fotoqrafiya seriyası” nominasiyasında isə Azərbaycandan İlqar Cəfərov “Qəlbin harayı və ya itirilmiş uşaqlıq” silsilə fotoşəkillərinə görə birinci yerə layiq görülüb.

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 15.