Malta Milli
Kitabxanasında Azərbaycan kitabları
Azərbaycan Gömrük Xidməti və Gömrük Tarixi Muzeyinin nümayəndələri Malta Milli Kitabxanasında olublar. Azərbaycanlı qonaqlara əsası XVI əsrdə qoyulan kitabxana haqqında məlumat verilib. Bildirilib ki, kitabxanada ingilis, italyan, fransız və alman dillərində minlərlə kitab toplanıb. Nümayəndə heyətinin rəhbəri, gömrük xidməti general-mayoru Qambay Əliyev ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və incəsənət xadimləri haqqında kitab dəstini kitabxanaya təqdim edib. Təqdim olunan nəşrlər arasında Azərbaycan haqqında, Bakı, milli xalça sənətimiz, habelə Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa haqqında kitablar da var.
Malta Milli
Kitabxanasının rəhbərliyi belə dəyərli hədiyyəyə
görə Azərbaycan nümayəndə heyətinə təşəkkür
edib və bildirib ki, bunlar kitabxananın Azərbaycan
bölməsində ilk kitablar
olacaq.
Mədəniyyət.- 2014.- 17
oktyabr.- S. 10.