Kopenhagendəki
“Azərbaycan evi”ndə rəqs dərnəyi
Kopenhagendə fəaliyyət göstərən
“Vətən” cəmiyyətinin nəzdindəki “Azərbaycan
evi”ndə rəqs dərnəyi açılıb. Cəmiyyətdən
bildiriblər ki, burada
uşaqlara milli rəqslərimizlə
yanaşı, xarici ölkələrin rəqsləri
də öyrədilir. Dərslər tanınmış
danimarkalı müəllim Katrin Rasmusonun rəhbərliyi ilə keçirilir. Məktəbə azərbaycanlı
uşaqlarla yanaşı, danimarkalı
uşaqların da cəlb edilməsi
planlaşdırılır. Bu isə Azərbaycan
mədəniyyəti və incəsənətinin Danimarkada təbliğinə töhfə olacaq.
Mədəniyyət.- 2014.- 17
oktyabr.- S. 10.