Rusiyalı muzey mütəxəssisi Bakıda ustad dərsi keçib
Xəbər
verdiyimiz kimi,
oktyabrın 10-da Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə Muzey Mərkəzinin sərgi
qalereyasında Rusiya Etnoqrafiya
Muzeyinin (Sankt-Peterburq)
külliyyatından “Qafqazın və Mərkəzi Asiyanın
ənənəvi tekstili - Böyük
İpək yolunun mirası” adlı sərgi
açılıb.
Sərginin təşkilatçıları arasında Rusiya Etnoqrafiya Muzeyinin bərpa şöbəsinin müdiri Valentina Jeltova da vardı. Qonaq Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları üçün ustad dərsləri keçmək təklifini məmnuniyyətlə qəbul edib.
Mərkəzdə bərpaçıların işləri ilə yaxından tanış olan Valentina Jeltova həm Rusiyada, həm də ölkəmizdə eyni üslubda tarixi abidələrin bərpa və konservasiya işlərinin aparıldığını qeyd edib. O, Sankt-Peterburq şəhərinin muzeylərində aparılan müasir tələblərə uyğun yeni bərpa və konservasiya üsullarının tətbiq olunması barədə danışıb. Rusiyalı mütəxəssis mərkəzin əməkdaşlarının bərpa və konservasiya işlərinə aid suallarını cavablandırıb, onlara dəyərli tövsiyələr verib.
Mərkəzin bərpaçıları
tərəfindən görülən işlərə
yüksək qiymət verən Valentina Jeltova qurumun Rusiya Etnoqrafiya Muzeyinin bərpa şöbəsi ilə
sıx əlaqə yaratmasını və təcrübə
mübadiləsinin aparılmasını, birgə elmi-praktik konfrans və seminarların
keçirilməsini tövsiyə edib.
Mədəniyyət.- 2014.- 17
oktyabr.- S. 11.