Amerika qəzetində “Yeddi gözəl”in tamaşası barədə məqalə dərc olunub

 

Bu baleti hazırlamaqda məqsədim zəngin Azərbaycan mədəniyyətini Amerika auditoriyasına çatdırmaqdır”

 

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkar Qara QarayevinYeddi gözəl” baleti ilk dəfə nümayiş etdirilib.

 

Tamaşa şəhərin böyük səhnəsi kimi tanınan Civic Teatrında (The San Diego Civic Theatre) San Dieqo balet truppası (The San Diego Ballet) tərəfindən təqdim olunub. Tamaşanın xoreoqrafı San Dieqo Baletinin rəhbəri Xavier Velaskodur.

Azərbaycan balet sənətinin incisi olanYeddi gözəl”in Amerikada səhnələşdirilməsi geniş rezonans doğurub. Bu xüsusda ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun apardığı təbliğat işi mühüm rol oynayıb. Baş konsulluq tərəfindən “UT San Diego” qəzetində tamaşa ilə bağlı məqalə dərc olunub. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.

San Dieqo Teatrının payız repertuarının bir çox sürpriz premyeralarla zəngin olduğu vurğulanan yazıda sənətsevərlərinYeddi gözəlbaletinin premyerası sayəsində Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqları vurğulanır. Qeyd olunur ki, böyük bəstəkar Qara Qarayev baleti dahi Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə qələmə aldığıYeddi gözəlpoemasının motivləri əsasında yazıb. Poemada söhbət gənc şahzadədən onun dünyanın müxtəlif ölkələrindən olan yeddi gözəldən aldığı ilham müdriklikdən bəhs edilir. Baletin musiqisi Randal Tvidin rəhbərliyi altında fəaliyyət göstərən Qrossmont Simfonik Orkestri tərəfindən ifa olunur.

San Dieqo baletinin bədii rəhbəri Xaviyer Velasko tamaşanın daha möhtəşəm alınması üçün iyun ayında Azərbaycanın paytaxtı Bakıda səfərdə olub Yeddi gözəlbaletinin ən yaxşı parçalarına tamaşa edib, materiallar toplayıb. Qonaq eyni zamanda Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı qazanıb, dünyəvilik multikulturalizm hökm sürdüyü Azərbaycan onu valeh edib. “Azərbaycan əsrarəngiz ölkədir, burada nəinki Şərqlə Qərb, bütün mədəniyyətlər kəsişir”, - deyə məqalədə vurğulanır.

Velasko özü etiraf edir ki, poemada şahzadənin yeddi xanımının olması öncə ona qəribə gəlib, ancaq Azərbaycana səfər etdikdən sonra əmin olub ki, bu dahi şairin təxəyyülünün məhsuludur. Poemada söhbət bir kişi ilə yeddi qadından yox, özünü dünya ilə bütövləşdirməyə, fərqli mədəniyyətləri öyrənməyə özünü təkmilləşdirməyə çalışan ölkədən, insandan gedir. Velasko bildirir ki, bu baleti hazırlamaqda onun əsas məqsədi poemanı zəngin Azərbaycan mədəniyyətini Amerika auditoriyasına çatdırmaqdır: “Mən Bakıda olanda rəsmilərdən soruşdum ki, bu qədər çoxmədəniyyətliliyə necə dözürsünüz. Cavab belə oldu, “dözmürük, qiymətləndiririk”.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 8.