Gənc rəssamlar
beynəlxalq müsabiqələrdə qalib
gəliblər
Bakıdakı Rusiya İnformasiya Mədəniyyət
Mərkəzində (RİMM) iki
müsabiqənin qalibləri mükafatlandırılıb.
Onlardan biri ilk kosmonavt qadın Valentina Tereşkovanın kosmosa uçuşunun 50 illiyinə həsr edilmiş “Çayka” beynəlxalq internet müsabiqəsi, ikincisi isə “XXI əsr rus qalereyası” jurnalı tərəfindən təşkil edilmiş “Mənim Vətənim. Mənim uşaqlığım. Mənim vəfalı atım” adlı rəsm müsabiqəsidir.
RİMM-in sərgi zalında Azərbaycan rəssamlarının kosmik müsabiqəyə təqdim etdikləri işlərdən ibarət ekspozisiya açılıb. “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Gənclərin “Sozvezdiye” Yaradıcılıq Klubunun rəhbəri, RİMM-in Uşaq Yaradıcılıq Mərkəzinin pedaqoqu Münəvvər Muxtarova müsabiqə iştirakçılarını təbrik edib.
“Rossotrudniçestvo”
agentliyinin Azərbaycandakı nümayəndəliyi
adından qaliblərə və laureatlara
- RİMM-in Uşaq
Yaradıcılıq Mərkəzində məşğul olan Azər Məmmədov, Nərmin Abbasova, Şəkər Mürsəlova, Emil İmanov, Nigar Quliyeva, Xavər Rəhmanova,
Fərəh Əliyeva, Fatimə Muxtarova, Aleksandra Korobova, Rəna
Əmirova, Nigar Bağırlı, Tamerlan Ramazanov, Əminə
Qafarzadə, Ramilə Əliyeva, Valeriya Bekrina, Əli Əliyev və Məryəm
Bağırlıya diplom və hədiyyələr
təqdim edilib. Mərasim gənc artistlərin
konserti ilə başa
çatıb.
Mədəniyyət.- 2014.- 17
oktyabr.- S. 7.