Novosibirsk Memarlıq-İncəsənət
Akademiyasının rektoru ADMİU-da
olub
Novosibirsk Dövlət Memarlıq-İncəsənət
Akademiyasının rektoru, professor
Gennadi Pustovetov və
akademiyanın prorektoru, kulturologiya
doktoru Natalya Baqrova Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
qonağı olub.
Universitetin rektoru, professor Fərəh Əliyeva qonaqlarla görüşərək, onlara təhsil ocağı haqqında məlumat verib. 90 illik tarixə, peşəkar mütəxəssislər yetişdirməkdə böyük təcrübəyə malik təhsil müəssisəsi ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.
Səmimi keçən görüşdə professor Gennadi Pustovetov rəhbərlik etdiyi akademiya haqqında söz açıb. Bildirib ki, Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyası 25 illik yubileyini qeyd etməyə hazırlaşır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlişinin əsas məqsədi təhsilin, tədrisin metodologiyası, müxtəlif fənlərin iş planları ilə yaxından tanış olmaq, fikir, təcrübə mübadiləsi aparmaqdır. O, gələcəkdə ADMİU ilə qurulacaq hər cür əməkdaşlığa şad olacağını bildirib.
Rektor Fərəh
Əliyeva sonda qonaqlara
Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” albomlarını (Azərbaycan
və ingilis dillərində) hədiyyə
edib.
Mədəniyyət.- 2014.- 17
oktyabr.- S. 6.