“Çalışıram ki, hər bir əsərim musiqidə yeni səhifə olsun

 

Bəstəkar və orqan ifaçısı Arif Mirzəyevin yubiley konserti keçirildi

 

Oktyabrın 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Almaniyada yaşayan həmyerlimiz, tanınmış bəstəkar və orqan ifaçısı, Azərbaycanın Əməkdar artisti Arif Mirzəyevin 70 illiyinə həsr olunmuş yubiley konserti keçirildi.

 

Konsertdən əvvəl bizimlə söhbətində yubilyar dahi bəstəkar Qara Qarayevi yada saldı: “Böyük müəllimim Qara Qarayev hər zaman bizə deyərdi ki, bir dəqiqənizi belə boş sərf etməyin. Bu sözlər hər zaman məni daha çox çalışmağa sövq edib. Hərdən sutkada 25-ci saatı axtarıram. Bəlkə bunun nəticəsidir ki, həyatımın çoxunu yaradıcılığa həsr etmişəm. Çalışmışam ki, daha çox sənət nümunələri yaradım. Baxmayaraq ki, uzun illər əvvəl pedaqoji fəaliyyətlə məşğul olmuşam. Amma sonradan özümü bütünlüklə yaradıcılığa həsr etdim. Mən maksimalist insanam və çalışıram ki, yaratdığım hər bir əsər musiqidə yeni səhifə açmış olsun”.

Yubileyinin Azərbaycanda qeyd olunmasından məmnunluq duyduğunu dilə gətirən musiqiçi yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.

Konsertdən öncə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qurumun adından Arif Mirzəyevə təbriklərini çatdırdı, onun çoxşaxəli yaradıcılığından söz açdı. Bildirdi ki, Arif Mirzəyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, görkəmli bəstəkar Qara Qarayevin kursunu bitirib. Onun Azərbaycan və Qərb musiqisinin sintezindən bəhrələnmiş yaradıcılığı nəinki ölkəmizdə və yaşadığı Almaniyada, başqa ölkələrdə də müəllifinə şöhrət qazandırıb. Arif Mirzəyev Azərbaycanda diniorqan musiqisinin əsasını qoyub. “Yanvar mərsiyələri”, ümummilli lider Heydər Əliyevə həsr etdiyiDahi Prezidentə xatirə duaları” bir sıra ölkələrdə səslənib. Musiqiçi eyni zamanda Almaniyadakı Azərbaycan diasporunun fəal üzvüdür. Prezident İlham Əliyevin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif olunub. Almaniyadaİohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülən ilk Azərbaycan bəstəkarıdır.

Tədbirdə digər çıxış edənlər də bəstəkarın yaradıcılıq qayəsindən, əsərlərindəki vətənpərvərlikdən söhbət açdılar.

Çıxışlardan sonra konsert proqramı təqdim olundu. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirildi. Arif Mirzəyevin 20 Yanvar faciəsinə, Xocalı faciəsinin ildönümünə, Nyu-Yorkda baş verən 11 sentyabr terror hadisəsinə, İ.S.Baxın 300 illik yubileyinə s. mövzulara həsr etdiyi əsərlərini tamaşaçılar böyük maraqla qarşıladılar.

Sonda yubilyar çıxış edərək konsertin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 6.