“Dalğaların
tərs üzü”
Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış azərbaycanlı yazıçı-jurnalist Fərhad Ağamalıyevin (1946-2012) xatirə gecəsi və “Dalğaların tərs üzü” adlı sonuncu kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Fərhad Ağamalıyevin həyat
və fəaliyyətindən söz
açılıb. F.Ağamalıyev Bakıda anadan
olub, 1979-cu ildə Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunu
bitirib. Onun ssenariləri
əsasında bir neçə bədii və
sənədli film çəkilib.
Yazıçı-jurnalist 1993-2003-cü illərdə Azərbaycanın
Rusiyadakı səfirliyində mətbuat attaşesi,
sonra səfirliyin birinci
katibi vəzifəsində
çalışıb. Son illərdə o, “Baku” jurnalı ilə əməkdaşlıq
edirdi, nəşrdə “Bakinstvo”
rubrikasının aparıcısı idi.
Müəllif çox cəhətdən real hadisələrə əsaslanan
“Dalğaların tərs üzü”
romanı üzərində bir neçə
il işləyib.
Mədəniyyət.- 2014.- 22
oktyabr.- S. 13.