Bəstəkar Sərdar
Fərəcov Vyetnamda musiqi
festivalında iştirak edib
Oktyabrın 8-dən 12-dək Vyetnamın Hanoy şəhərində I Asiya-Avropa “Yeni musiqi” festivalı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov festivalda iştirak edib.
Festivalın açılış konsertində Sərdar Fərəcovun “Koroğlu” simfonik freskası tanınmış yapon dirijoru Honna Tesuşinin idarəsi ilə Vyetnam dövlət simfonik orkestri tərəfindən ifa edilib.
Açılışdan öncə
Vyetnamın prezidenti Çıonq Tan Şanq
iştirakçıları öz iqamətgahında
qəbul edib, xatirə şəkilləri
çəkdirilib. Festival
iştirakçıları Vyetnamın mədəniyyət naziri, Halonq şəhərinin
qubernatoru ilə də
görüşüblər. Bağlanış mərasimində
bir qrup bəstəkarların
sırasında Sərdar Fərəcov da
festivalın xüsusi medalı ilə təltif
olunub.
Mədəniyyət.- 2014.- 22
oktyabr.- S. 11.