Vokalçılar
Müslüm Maqomayev
adına müsabiqənin laureatları olublar
Moskvada
vokalçıların Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsi
başa çatıb. Birinci
turda müğənnilər həm klassik əsərlər, həm də estrada mahnıları, finalda
isə Müslüm Maqomayevin
repertuarından mahnılar ifa ediblər.
Münsiflər heyətinin sədri Tamara Sinyavskayanın
sözlərinə görə, 180 müraciətin daxil olduğu müsabiqədə
seçim sərt olub.
Finala 9 ölkədən 15 ifaçı
çıxıb. Səhnədə məşhur bəstəkarların
operalarından ariyalar, estrada
kompozisiyaları səslənib. Müsabiqədə Azərbaycanı
təmsil edən Azər Rzazadə və Aytac
Şahəlizadə üçüncü
yeri tutublar. Birinci mükafata Monqolustan təmsilçisi, bariton
Ariunbaatar Qanbaatar layiq görülüb.
Münsiflər heyəti bu il Qran-pri
mükafatını verməmək qərarına gəlib.
Mədəniyyət.- 2014.- 22
oktyabr.- S. 10.