Macarıstanda
payız festivalında Azərbaycan rəqsləri
Hər il oktyabrın 3-dən 18-dək Budapeştdə Müasir İncəsənət Festivalı (payız festivalı) keçirilir. Builki festival çərçivəsində şəhərin müxtəlif hissələrində 100-dən artıq mədəniyyət tədbiri təşkil olunub.
Budapeşt sakinlərinin maraqla izlədikləri proqramlardan
biri də Azərbaycanın
Macarıstandakı səfirliyinin dəstəyi və Terezvaroş Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə gerçəkləşib.
Bakı Xoreoqrafiya Akademiyasının
yetirməsi, Macarıstanda yaşayan Viktoriya Podolskayanın ifasında Azərbaycan milli rəqslərindən ibarət rəngarəng
proqram festival
iştirakçılarının böyük
marağına səbəb olub.
Mədəniyyət.- 2014.- 22
oktyabr.- S. 10.