Monteneqro azərbaycanlı turistlər
arasında çox populyardır
Bu ölkəyə çarter
uçuşları intensivləşəcək
Azərbaycandan Monteneqroya artıq üç ildir yay turizm
mövsümü müddətində
çarter reysləri
reallaşdırılır. Bu il çarter reysləri iyunun 26-dan sentyabrın 8-dək
davam edib. İyulun 21-dən
uçuşlar həftədə
iki dəfə həyata keçirilib.
Bu barədə qəzetimizə
məlumat verən Monteneqronun Azərbaycandakı
fəxri konsulu Vüqar Əliyev bildirdi ki, ümumilikdə
yay mövsümündə
Azərbaycandan Monteneqroya
18 reys həyata keçirilib və 2500-ə
yaxın Azərbaycan vətəndaşı bu ölkəyə səfər
edib. Eyni zamanda 200 nəfər
Monteneqro vətəndaşı
da Azərbaycanda istirahət edib. Bu rəqəmlər ötən illə müqayisədə iki ölkə arasında turist mübadiləsinin artmasından xəbər verir.
Vüqar Əliyevin sözlərinə
görə, Monteneqro hökuməti Azərbaycanla
bütün istiqamətlərdə,
o cümlədən də
turizm sahəsində əməkdaşlıqda çox
maraqlıdır. Sentyabr ayında Monteneqronun
baş naziri Milo Cukanoviçin Azərbaycana
səfəri zamanı
bununla bağlı müzakirələr aparılıb.
Monteneqro
tərəfi gələcəkdə
Azərbaycana davamlı
birbaşa uçuşların
həyata keçirilməsi
arzusunda olduğunu bildirib. Hazırda iki ölkə
arasında müvafiq sazişin imzalanması gündəmdədir.
Həmsöhbətimiz bildirdi ki, Monteneqroda
istirahətin əsas hissəsini dəniz turizmi təşkil edir. Eyni zamanda dağ və xizək turizmi də populyardır: «Azərbaycanlı turistlərin
böyük əksəriyyəti
Budva şəhərində
yerləşən istirahət
məkanlarını seçirlər.
Bura dəniz kənarı olduğundan çoxsaylı
çimərliklər var. Moteneqroda
müalicəvi turizm
o qədər də populyar deyil. İqala müalicəvi mərkəzinə
bəzən müraciət
edənlər olur.
Amma turistlər bu ölkədə əsasən
tarixi məkanlara reallaşdırılan turlara,
mədəni turizm marşrutlarına və çimərlik turizminə
maraq göstərirlər».
Monteneqro ilə Albaniya, Xorvatiya kimi qonşu ölkələr
arasında vizasız rejim var və
Monteneqroya gedənlər
bu ölkələrə
də səfər edə bilirlər. Orada istirahət
edib qayıdan vətəndaşlarımız həm hotellərdəki xidmətlərdən, həm
də onlara göstərilən münasibətdən
çox razılıq
edirlər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 22
oktyabr.- S. 7.