Azərbaycan
muğamı uzaq Meksikanı “fəth” edir
Azərbaycanın Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Meksikanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edib.
Ölkəmizin Meksikadakı səfirliyindən
bildirilib ki, muğam ifaçılarının Quanaxuato şəhərində ölkə
üzrə hər il keçirilən
“Beynəlxalq Servantino festivalı”nda və
Mexiko şəhərinin şəhər
teatrındakı çıxışlar alqışlarla
qarşılanıb. Alim Qasımov və
Fərqanə Qasımovanın ölkənin Merida
şəhərinin Peon Kontreras
de Merida və Quadalaxara şəhərinin Deqoyado
de Guadalajara
teatrlarında daha iki konsert proqramı ilə
çıxışları nəzərdə tutulur.
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 9.