Rəssam Elçin Muradovun yubiley sərgisi
Oktyabrın 21-də
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində
tanınmış rəssam Elçin Muradovun 55 illik yubileyi ilə bağlı fərdi sərgisi
açılıb.
Açılışda
çıxış edən Abşeron Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri, Əməkdar mədəniyyət
işçisi İlham Manafov Elçin Muradovun
yaradıcılığından danışıb, rəssamı
yubileyi münasibətilə təbrik edərək, ona yeni
uğurlar arzulayıb.
Qeyd edək ki, Rəssamlar İttifaqının üzvü olan Elçin Muradov respublikamızda, eləcə də xaricdə keçirilən sərgilərdə iştirak edir, əsərləri müxtəlif ölkələrdə kolleksiyalarda saxlanılır. Bu ilin iyulunda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssamın fərdi sərgisi keçirilmişdi.
Yaradıcılığında əsas
etibarı ilə portret mənzərə,
natürmort və başqa
janrlara üstünlük
verən rəssam əsərlərində seyrçiyə incə
duyğular bəxş etməyə
çalışır. Onun əsərlərinə
tamaşa edən yorulmur,
əsərdə gördüklərini göz
yaddaşına, mənəvi dəyərini isə qəlbinə
köçürə bilir. Müəllifin fırçasından çıxan
“Novruz bayramına hazırlıq”, “Zəvvarlar
ziyarətdən qayıdırlar” tabloları, akademik
Mirəsədulla Mirqasımov, Xalq şairi Nəbi Xəzri, əfsanəvi qəhrəman
Mehdi Hüseynzadənin portretləri, gül natürmortları böyük
ustalıqla işlənmiş sənət əsərləridir.
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 9.