Folklorumuzu sevək, sevdirək...

 

Halay” və “Nənələr” folklor kollektivlərinin diski hazırlanır

 

Xalqımızın zəngin folklor yaradıcılığının öyrənilməsi və yaşadılmasında klub müəssisələrinin rolu danılmazdır. Bu mədəniyyət ocaqlarında yaradılan bədii özfəaliyyət kollektivləri daim xalq yaradıcılığı nümunələrindən qaynaqlanmış, çıxışlarında xalq mahnılarına, el nəğmələrinə geniş yer vermişlər. Bu sırada Masallı rayonununHalay” və Lənkəran rayonunun “Nənələr” folklor xalq kollektivləri xüsusi yer tutur, onların müxtəlif tədbirlərdə çıxışları tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanır.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi hər iki kollektivin fəaliyyətini işıqlandırmaq və təbliğ etmək məqsədilə DVD diskin hazırlanmasını planlaşdırır. Bu məqsədlə çəkiliş qrupu Masallı və Lənkəran rayonlarında olmuş, “Halay”ın ifasında “Lolo”, “Dilşadı”, “Ay Ləli” və digər xalq mahnılarını, bayatıları, “Nənələr” kollektivinin ifasında “Bala ceyran”, “Ay bülbül”, “Bayram”, “Naz eləmə”, “Lolo” kompozisiyaları lentə alınmışdır.

 

C.Süleymanov

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 9.