“Çağdaş
Azərbaycan şeiri”nin
TÜRKSOY-da təqdimatı
Oktyabrın 14-də
Ankarada, TÜRKSOY-un qərargahında
“Çağdaş Azərbaycan şeiri” kitabının təqdimat mərasimi
keçirilib.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə ərsəyə gələn nəşrin məsləhətçi redaktoru, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, redaktoru Osman Baş, layihə koordinatoru Dəyanət Osmanlıdır. Kitabda ötən əsrin 90-cı illərində ədəbiyyata gəlmiş Azərbaycan şairlərinin şeirləri yer alıb.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı tədbir iştirakçılarını qurumun baş katibi Düsen Kaseinovun adından salamlayıb. TÜRKSOY-un türkdilli xalqların ədəbiyyatının təbliğinə böyük önəm verdiyini deyən E.Qafarlı 2014-cü ilin təşkilat tərəfindən türkmən şairi Məhdumqulu Fəraqi və qırğız şairi Toktoqul Satılqanova xatirə ili elan edildiyini diqqətə çatdırıb, müasir Azərbaycan şairlərinin kitabının TÜRKSOY qərargahında təqdimatından məmnunluğunu dilə gətirib.
Layihənin koordinatoru Dəyanət Osmanlı nəşrlə bağlı ətraflı məlumat verib, kitabda 14 şairin şeirlərinin yer aldığını bildirib. Kitabın redaktoru Osman Baş, şair, layihənin eksperti Əkbər Qoşalı nəşrlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda TÜRKSOY-a bu layihənin həyata keçirilməsində dəstək verdiyinə görə minnətdarlıq ifadə olunub.
Mehparə
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 8.