“Bizdə şeir də var, sənət
də vardır”
Abşeron rayonunun 2014-cü ildə “Sənətkarlıq paytaxtı” elan olunması ilə əlaqədar təşkil olunan tədbirlər çərçivəsində oktyabrın 21-də Görədil folklor klubunda “Bizdə şeir də var, sənət də vardır” adlı poeziya, muğam və yumor gecəsi keçirilib. Gecədə “Çıraq” poeziya klubunun üzvləri şeirlərini söyləyib, “Xəzri xala” çalğı alətləri ansamblının üzvləri Təyyar Mirzəyev və Qəhrəman Qəmbərov muğam və təsniflər ifa ediblər. Məmmədkərim Səmədov yazdığı miniatürləri təqdim edib.
Klubun qarmonçular
dərnəyi üzvlərinin ifası da maraqla qarşılanıb. Mədəniyyət
mərkəzində fəaliyyət göstərən xalq teatrının ifasında “Arşın mal alan” və “ Durna” musiqili
komediyalarından parçalar nümayiş etdirilib.
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 5.