Regionlarda turizmin inkişafında yerli əhalinin rolu

 

Zaqatala Oğuzda dəyirmi masa keçirilib

 

Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi regionlarda turizmin təşviqi bu sahədə hüquqi normativ bazanın təkmilləşdirilməsi məqsədilə silsilə tədbirlər keçirir.

 

Mərkəzin rayon mədəniyyət turizm şöbələri ilə birgə oktyabrın 22-də Zaqatalada, 23-də isə Oğuzda təşkil etdiyiTurizmin müxtəlif növlərinin inkişaf istiqamətləri yerli əhalinin bu prosesin idarə olunmasında iştirakımövzusunda dəyirmi masa da bu qəbildəndir. Zaqatala Tarix-Mədəniyyət Qoruğunda keçirilən dəyirmi masanı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vəfa Süleymanova açaraq rayonda aparılan quruculuq-abadlıq yenidənqurma işlərindən danışıb, bu işlərin turizm sahəsinin inkişafına da müsbət təsir etdiyini vurğulayıb.

Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva - “Zaqatala rayonunda turizmin növlərinin inkişafı istiqamətində aparılan işlər”, Elmi-Metodiki Mərkəzin hüquqi-normativ tənzimləmə iqtisadiyyat şöbəsinin müdiri Məzahir QarayevTurizmin inkişafının dünya təcrübəsi əhalinin həyat səviyyəsinə təsirimövzusunda çıxış ediblər. Çıxışlarda inkişaf etmiş dünya ölkələrində turizmin inkişafı beynəlxalq təcrübənin regionlarda tətbiqindən söz açılıb. Qeyd edilib ki, son illər ölkə rəhbərliyinin sahəyə diqqəti, icra olunan dövlət proqramları turizmin inkişafına zəmin yaradıb. 2010-2014-cü illəri əhatə edənAzərbaycanda turizmin inkişafına dairDövlət Proqramı bu sahənin regionlarda daha da inkişafına təkan verib. Füsunkar təbiətə, zəngin mədəni tarixi irsə malik olan Zaqatala rayonunda da turizmin əksər növlərinin inkişafı üçün şərait var. Turizm sahəsində həyata keçirilən layihələr bölgəyə daha çox yerli xarici turistlər cəlb etməklə yerli büdcə gəlirlərinin artmasında, işsizlik probleminin həllində müsbət rol oynayır.

Dəyirmi masada Elmi-Metodiki Mərkəzin hüquqi-normativ tənzimləmə iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Ramin CəfərovRegionda turizmin inkişafında davamlılıq prinsiplərinin təmin olunması”, Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz GülalıyevTurizmin müxtəlif növlərinin inkişaf istiqamətləri yerli əhalinin bu prosesin idarə olunmasında iştirakımövzusunda məruzə ilə çıxış ediblər. Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun turizm obyektlərinin fəaliyyəti, Mamrux kənd kitabxanasının direktoru Cəlal Davudovun tarixi-memarlıq təbiət abidələrinin turizmin inkişafında roluna dair məruzələri dinlənilib.

Mövzu ilə bağlı müzakirələr Oğuz rayonunda da davam etdirilib. Oğuz Rayon İcra Hakimiyyətinin məsləhətçisi Tofiq Daşdəmirovun da iştirak etdiyi tədbirdə Mədəniyyət Turizm Şöbəsinin müdiri Ulduz Baxışova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayev, şöbənin baş mütəxəssisi Ramin Cəfərov, ATİ-nin dosenti Çingiz Gülalıyev, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Arizə Xuduyeva Mədəniyyət Evinin metodisti Anar Hüseynovun məruzələri dinlənilib.

Hər iki dəyirmi masada iştirakçıların turizm fəaliyyətinin stimullaşdırılması, kadr çatışmazlığı problemlərinin həlli s. mövzuda sualları cavablandırılıb.

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 11.