Şanxay festivalında Azərbaycan
muğamı səslənib
Azərbaycanın tanınmış gənc
xanəndəsi Qoçaq
Əsgərov Çin
Xalq Respublikasının
Şanxay şəhərində
keçirilən beynəlxalq
festivalı (“Shanghai World Music Festival-2014”)
çərçivəsində üçgünlük konsert
proqramı ilə çıxış edib. Xanəndə bu mötəbər tədbirə dünya ulduzlarının konsertini
təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən
dəvət edilib.
Fərqli məkanlarda keçirilən
konsertlər alqışlarla
qarşılanıb. Şanxayda ilk dəfə səslənən
Azərbaycan muğamını
festivalın direktoru başda olmaqla, dünyanın ən sayılıb-seçilən nüfuzlu
şəxsləri dinləyib.
Xanəndənin çıxışından əvvəl
musiqişünas, UNESCO-nun eksperti
Sənubər Bağırova
Azərbaycan musiqisi, muğamları barədə
iştirakçılara geniş
məlumat verib.
Daha sonra Qoçaq Əsgərovun ifasında
“Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”,
“Şüştər” təsnifləri
və xalq mahnıları səslənib.
Xanəndəni tarda Şəhriyar
İmanov, kamançada
Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət
edib.
Konsertlər çərçivəsində xanəndənin diskləri
də satışa çıxarılıb. Konsertlər yerli
telekanallar vasitəsilə
yayımlanıb. Eyni zamanda
xanəndə yeni konsertlər üçün
təkliflər alıb.
Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 9.