Azərbaycan teatrı dünya
teatr prosesində
III Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində
Zəngin tarixi olan, xalqımızın milli-mədəni
dəyərlərini qoruyan,
təbliğ edən,
mütərəqqi ideyalar
aşılayan Azərbaycan
teatrı son illər uğurlu dövlət siyasəti sayəsində
özünün yeni inkişaf dövrünü
yaşamaqda, müasir
dünyanın teatr prosesinə inteqrasiya olunmaqdadır. Bu mənada
Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı
teatrlarımızın inkişafı
yolunda atılmış
mühüm bir addımdır. Proqramın icrası ilə
milli teatrımız maddi-texniki baza, kadr potensialı, fəaliyyət istiqaməti,
beynəlxalq arenaya çıxış imkanları
baxımından mühüm
uğurlara imza atıb.
Bu gün Azərbaycan teatrının sorağı
dünyanın müxtəlif
səhnələrindən gəlir,
ölkəmiz bu sahədə diqqətəlayiq
beynəlxalq təşəbbüslərin
müəllifi, mötəbər
tədbirlərin ev sahibidir. Dövlət
Proqramının icrası
ilə bağlı
2010-cu ildə təməli
qoyulan və gələn həftə üçüncüsü keçiriləcək
Bakı Beynəlxalq Teatr Konfransı bu sırada müstəsna yer tutur. Artıq ənənə halını
alan Bakı
konfransı dünyanın
müxtəlif qütblərində
yaşayıb fəaliyyət
göstərən teatr
sənəti ilə bağlı ən üst qurumların, nüfuzlu insanların, teatr xadimlərinin görüş yerinə çevrilib.
İlk təşəbbüs -
görüş yeri Bakıdır
2010-cu ilin 7-8 noyabr tarixlərində keçirilən
ilk konfrans «Dünya teatr prosesi XXI əsrdə: problemlər,
perspektivlər və alternativlər» mövzusuna
həsr olunmuşdu. Tədbirə ABŞ, Kanada,
Rusiya, Çexiya, Ukrayna, İsveçrə,
İran, Türkiyə,
Polşa, Avstriya, Çin, Fransa, Səudiyyə Ərəbistanı,
Tunis - ümumilikdə 30-dək ölkədən 60-dan artıq
qonaq qatılmışdı.
Beləcə Avropa, Asiya və Amerika
qitələrinin tanınmış
teatr mütəxəssisləri,
rejissor və dramaturqları, kulturoloqları
iştirak edərək
dünya mədəniyyəti,
teatr prosesi ilə bağlı fikir mübadiləsi apardılar. Beynəlxalq konfransda teatr tənqidçiləri Mişel
Vais, Piter Qoldfarb, teatr rəssamı İosif Yusupov, teatr geyimi üzrə rəssam İrina Krujilina, plastika üzrə Roberto Varea, dramaturgiya və vokal ifaçılığı
üzrə Rut Maqraff kimi nüfuzlu teatr mütəxəssislərinin
məruzələri dinlənildi,
elmi-praktik konfrans çərçivəsində teatr xadimlərinin ustad dərsləri və treninqləri keçirildi.
Nüfuzlu qonaqlar, rəsmilər, teatr mütəxəssisləri
tədbirin önəmini,
müzakirə olunan məsələlərin vacibliyini,
ümumilikdə dünya
teatr məsələlərinin
uğurlu müzakirə
məkanını nəzərə
alaraq konfransın ənənə halını
almasını təklif
etdilər. Çünki bu tədbir
müxtəlif ölkələrin
teatr sənətçiləri
üçün qarşılıqlı
təcrübə və
fikir mübadiləsi,
tanışlıq üçün
mühüm imkan idi. Bu tədbirin
sadəcə teatr konfransı olmadığı,
beynəlxalq forum kimi böyük əhəmiyyət
kəsb etdiyi vurğulandı.
Plenar iclaslar,
bir-birindən maraqlı
mövzuları əhatə
edən treninqlərlə
yadda qalan konfrans beləcə özündən sonra yeni teatr əlaqələrinin
əsasını qoydu.
İkinci
konfrans -
ənənənin təməli
İki ildən sonra, 2012-ci il noyabrın
5-6-da “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər
və alternativlər”
mövzusunda II Bakı
Beynəlxalq Teatr Konfransı gerçəkləşdi.
Bu dəfə konfrans öz arealını daha da genişləndirməyə
və əhatə dairəsinə müxtəlif
insanları toplamağa
başladı. Tədbirdə dünyanın 35 ölkəsindən
80-dən çox teatr
tənqidçisi, teatrın
tarix və nəzəriyyəsini araşdıran
tədqiqatçılar, rejissorlar,
aktyorlar, rəssamlar və menecerlər iştirak edirdilər.
Beynəlxalq konfransın açılış
mərasimində çıxış
edənlər dünyanın
tanınmış teatr
sənətçilərinin artıq ikinci dəfə bir araya gələrək müasir dövrün teatr proseslərini araşdırmasını mühüm
addım kimi dəyərləndirdilər, belə
vacib tədbirə ev sahibliyi
edən ölkəmizə
təşəkkürlərini bildirdilər.
Qonaqlar II Bakı
Beynəlxalq Teatr Konfransının keçirilməsini
Azərbaycan dövlətinin
dünyada mədəni
inteqrasiya, qarşılıqlı
bəhrələnmə məsələlərinə
çox böyük əhəmiyyət verdiyinin
əyani sübutu olduğunu dilə gətirdilər. Ölkəmizdə həyata keçirilən
mədəniyyət siyasətinin
əsas məqsədinin
ölkələr arasında
körpülər salmaq,
sərhədləri aşmaq
və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-biri
ilə görüşdürmək,
onların fəal dialoquna nail olmaqdan ibarət olduğu məmnunluqla qeyd olundu. İştirakçılar
Azərbaycan teatrının
tarixinə də nəzər salaraq onun qədim və zəngin ənənələri ilə
yaxından tanışlıq
imkanı qazandıqlarını
vurğuladılar, dövlətin
bu sahəyə diqqət və qayğısı, onun bariz nümunəsi olan yüksək səviyyəli maddi-texniki
bazaya, gözəl görünüşə malik
teatr binaları ilə tanış
oldular. Beləcə Azərbaycan mədəniyyəti,
teatr sənəti barədə fikir mübadiləsi etdilər.
Konfransda
Azərbaycan teatrının
beynəlxalq əlaqələrindən,
bu sahədə uğurlu addımlarından
da söhbət açıldı.
Bununla da konfrans bizə həm də öz imkanlarımızı,
tarixi həqiqətlərimizi,
mədəniyyətimizin inkişaf
istiqamətlərini təqdimat
imkanımızı genişləndirdi. Azərbaycan teatrlarının
beynəlxalq festivallarda,
qastrol səfərlərində
ölkəmizi layiqincə
təmsil etdiyi, müxtəlif ölkələrlə
sənət mübadiləsi,
tanınmış rejissor,
baletmeyster, xoreoqraf, teatr rəssamlarının
ölkə teatrlarında
tamaşalar hazırladıqları
diqqətə çatdırıldı.
Bununla Azərbaycanın dünya
teatr prosesini yaxından izlədiyini faktlarla əsaslandırmış
oldular.
Bundan başqa, Azərbaycan ərazilərinin 20 faizinin
Ermənistan tərəfindən
işğal olunduğu
və bu işğalın Azərbaycan
mədəniyyətindən, teatr sənətindən də yan keçmədiyi,
hərbi təcavüz
nəticəsində Şuşa
Dövlət Musiqili
Dram Teatrı, Ağdam
Dövlət Dram Teatrı
və Füzuli Dövlət Dram Teatrı,
İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
qaçqın həyatı
yaşadığı gerçəyi
də dilə gətirildi.
Konfransda Azərbaycanda qaynar mədəni həyat yaşandığı xüsusi
diqqətə çatdırıldı. Qeyd edildi
ki, bu, bilavasitə
Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü
və rəhbərliyi
ilə keçirilən
beynəlxalq layihələr
nəticəsində mümkün
olmuşdur. Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələr
Azərbaycanı dünyanın
tanınan mədəniyyət
mərkəzinə çevirmişdir.
Tədbirdə çıxış edən Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh
artisti və xoşməramlı səfiri
Əli Mahdi, Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, polşalı dramaturq, rejissor və ssenarist Kşiştof Zanussi, Uşaq və Gənclər Teatrlarının Beynəlxalq
Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni ölkəmizdə
mövcud olan teatrların yeniləşməsini
yüksək qiymətləndirərək
Azərbaycan mədəniyyətinin,
teatr sənətinin uğurlu inkişaf yolu keçdiyini dedilər.
Üçüncü teatr forumuna doğru
İkinci konfransdan sonra baş verən proseslər göstərdi
ki, Bakı beynəlxalq teatr forumu bütün dünyada tanınan sənət adamlarının
diqqət mərkəzindədir. Bu mənada üçüncü
dəfə keçiriləcək
beynəlxalq teatr konfransının da Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə
qədəm qoyması
və birgə layihələrin hazırlanması
baxımından əhəmiyyətli
olacağı şübhə
yaratmır.
5-6 noyabr 2014-cü il
tarixində gerçəkləşəcək
III Bakı Beynəlxalq
Teatr Konfransı «Teatr sənətinin multikulturalizm-universal dəyərlər
sistemində yeri» mövzusuna həsr olunub. Bu aktual mövzu ətrafında
40-dan çox ölkədən
120-dək teatr, incəsənət
xadimlərinin - rejissorların,
aktyorların, dramaturqların,
bir neçə ölkənin teatr xadimləri ittifaqlarının,
beynəlxalq teatr festivallarının, teatrla
bağlı tanınmış
qurumların təmsilçilərinin
Bakıda bir araya gəlməsi yenidən dünyanın teatr ictimaiyyətinin diqqətini ölkəmizə
cəlb edəcək.
Həmidə Rüstəmova
Mədəniyyət.- 2014.- 29
oktyabr.- S. 7.