Dədə Qorqud irsitürk xalqlarının mədəniyyəti

 

Ölkəmiz Qazaxıstanda festival konfransda təmsil olunub

 

Oktyabrın 8-də Qazaxıstanın Qızılorda şəhərində TÜRKSOY-un təşkilatçılığı iləDədə Qorqud irsi türk xalqlarının zəngin mənəvi mədəniyyətiadlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konfransdaTürk mədəni irsinin interpretasiya məsələlərinə dairməruzə ilə çıxış edib.

KonfransDədə Qorqud Böyük bozqırın musiqisiadlı beynəlxalq festival çərçivəsində gerçəkləşib. Festivalın konsert proqramında muzeyin Qədim Musiqi Alətləri Ansamblının musiqiçiləri - bədii rəhbər, Əməkdar artist Munis Şərifov, ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynova Davud Abdullayev çıxış ediblər.

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 6.