Avropada mədəniyyət siyasəti
Kiyevdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması çərçivəsində konfrans keçirilib
Avropa İttifaqının Şərq Tərəfdaşlığının "İnsanlar arasında əlaqə" adlı 4-cü Platforması çərçivəsində 23-24 oktyabr tarixində Kiyevdə "Avropada mədəniyyət siyasəti bu gün: maliyyələşdirmə, menecment, auditoriyanın inkişafı" mövzusunda konfrans keçirilib. Ukrayna Mədəniyyət Nazirliyi və Avropa Komissiyasının birgə təşkil etdiyi tədbirdə Şərq Tərəfdaşlığı Platformasının iştirakçı dövlətləri, o cümlədən Azərbaycan təmsil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli və "Uğuru yoğur" təşkilatının həmtəsisçisi, müstəqil art-menecer Cahangir Səlimxanov iştirak ediblər.
Konfransda "Əsas sosial problemlərin
həll edilməsində mədəniyyətin və mədəniyyət
sektorunun rolu",
"Mədəni-siyasi inkişaf üçün uzunmüddətli
strategiyaların inkişafı: Şərq Tərəfdaşlığı
və Avropa İttifaqı ölkələrinin
ən yaxşı təcrübələri", "Mədəniyyətin
dövlət tərəfindən və özəl maliyyələşdirilməsi:
mədəniyyət və yaradıcı sektorlar
üçün
çağırışlar və imkanlar"
və s. mövzular ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət.- 2014.- 29
oktyabr.- S. 3.