Arxeoloji turizm imkanlarımız Aralıq dənizi yarmarkasında

 

Azərbaycan İtaliyada keçiriləcək beynəlxalq yarmarkadaxüsusi qonaq ölkə” statusunda iştirak edəcək

 

Oktyabrın 30-dan noyabrın 2-dək İtaliyanın Paestum şəhərində XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" ("La Borsa Mediterranea del Turismo Archeologico") keçiriləcək.

 

Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının, arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi layihənin 2014-cü il üzrə qonaq ölkəsi Azərbaycan Respublikasıdır.

Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, İCCROM, İCOMOS və UNWTO kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada Azərbaycanın xüsusi statusda iştirakı ölkəmizin zəngin irsininturizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq. Tədbirlər çərçivəsində ölkəmizə məxsus pavilyon nümayiş olunacaq, 30 oktyabr tarixində arxeoloji tədqiqatlara və onların inteqrasiyasına həsr olunmuş konfrans təşkil ediləcək.

Ölkəmizin layihədə xüsusi statusda iştirakı ilə bağlı tədbirlərdən biri də 31 oktyabrda keçiriləcək Azərbaycan gecəsidir. Gecədə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi, məşhur caz ifaçısı Elçin Şirinovqrupu konsert proqramı ilə çıxış edəcək, qonaqlar milli mətbəximizin ləziz nümunələrinin dadına baxacaqlar.

Azərbaycan Respublikasının "xüsusi qonaq ölkə" statusu ilə tədbirdə iştirakı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Yarmarkada Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Heyətə Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının, eləcə də ölkəmizin tarix və mədəniyyət qoruqlarının, bir sıra qeyri-hökumət təşkilatlarının və turizm şirkətlərinin nümayəndələri daxildir.

Yarmarkada ölkəmiz üçün ayrılmış stenddə italyaningilis dillərində "Azərbaycan - Odlar Yurdu" filmi, eləcə də Azərbaycan irsininturizm potensialının təbliğinə həsr olunmuş video-kliplər nümayiş olunacaq. Bundan əlavə, milli pavilyonumuzda müxtəlif dövrlərə aid arxeoloji artefaktlardan və Azərbaycan xalçalarından ibarət kolleksiyanın da nümayişi təşkil ediləcək.

Yarmarka çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimatının da keçirilməsi nəzərdə tutulub.

XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" çərçivəsində Azərbaycan Respublikasının "xüsusi qonaq ölkə" statusunda iştirakı ilə bağlı ətraflı məlumatı www.borsaturismoarcheologico.it/en elektron səhifəsindən əldə etmək olar.

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 2.