Nağıl və
naxışların rəngli aləmi Sankt-Peterburqda
Xalq rəssamı Rasim
Babayevin sərgisi
Oktyabrın 29-da Sankt-Peterburq şəhərindəki Rus Muzeyinin mərmər sarayında Azərbaycanın Xalq rəssamı Rasim Babayevin (1927-2007) sərgisi açılıb.
Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Leyla Əliyeva muzeydə zəmanəmizin istedadlı rəssamlarından birinin əsərlərinin təqdim olunmasından məmnunluğunu bildirib. Qeyd olunub ki, Rasim Babayevin işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyada qalereyalarda, şəxsi kolleksiyalarda saxlanılır. Onun ilham mənbəyi Azərbaycan xalçalarının naxışları, Şəki saraylarının vitrajları, habelə xalq nağılları və rəvayətlər idi. Məhz bu səbəbdən bu işlər belə parlaq, səmimi və nağılvaridir.
Mərcani adına Elmi və
Mədəni Proqramların Dəstəklənməsi və
İnkişafı Fondunun prezidenti
Rüstəm Süleymanov rəssamın
yaradıcılığından danışıb. Bildirib ki, sənətkar öz yaradıcılığında Qərb və
Şərq üslublarını sintez etməyə
müvəffəq olub. Noyabrın 24-dək
davam edəcək ekspozisiyada
rəssamın ailə toplusunda və Mərcani
Fondunun kolleksiyasında saxlanılan 80-ə
yaxın rəngkarlıq və qrafika işi nümayiş etdirilir. R.Babayevin yaradıcılığının müxtəlif
dövrlərinə aid olan
bu əsərlərin çoxunda
tamaşaçının gözləri qarşısında fantastik personajlar - divlər
və əjdahalar, sehrli quşlar,
dəvə karvanları, Şərq gözəlləri, adi qocalar və
nağıllarda təsvir edilən nənələr, bəşəriyyətin
ulu əcdadları Adəm və Həvva canlanır.
Mədəniyyət.- 2014.- 31 oktyabr.-
S. 16.