Azərbaycan dünya musiqi yarmarkasında

 

“Belə mötəbər tədbirdə iştirak ölkəmizin təbliği baxımından böyük əhəmiyyətə malikdir

 

Xəbər verdiyimiz kimi, oktyabrın 22-dən 26-dək İspaniyanın Santyaqo de Kompostela şəhərində XX “Womexdünya musiqi sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə yüksək səviyyədə təmsil olunub. Nazirliyin Musiqi sektorunun məsləhətçisi Sara MuradovaMuzey işi sektorunun aparıcı mütəxəssisi Nərgiz Abdullayeva tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşdülər.

 

Sara Muradova bildirdi ki, “Womex” dünyanın ən böyük musiqi ticarət yarmarkası hesab olunur: “Sərgidə peşəkar dünya musiqi sənətinin son nailiyyətləri nümayiş olunurdu. Dünya musiqisi dedikdə, o cümlədən AsiyaAfrika musiqisinin Şimali AmerikaAvropa standartlarına uyğun kommersiya səs yazısı, müasir Qərb musiqisinin müxtəlif dünya xalqlarının musiqisinə uyğunlaşması və qeyri-Avropa ladlarının, ifa tərzinin klassik sintezi nəzərdə tutulur. Ötən illərdə “Womex” sərgisində Azərbaycanın tanınmış muğam ifaçıları Baba Mahmudoğlu, Mənsum İbrahimov, Zabit Nəbizadə, Qoçaq Əsgərov konsert proqramı ilə iştirak ediblər. Bu il isə ilk dəfə sərgidə Azərbaycanın musiqi mədəniyyətinə həsr olunmuş guşə yaradılmışdı. Ölkəmiz yubiley sərgisinin baş sponsorlardan biri kimi çıxış edirdi. 90 ölkədən tədbirə qatılan 2500-dək qonağın sinəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin loqosunun əks olunduğu iştirakçı vəsiqələrini görmək fəxr ediləsi bir mənzərə idi. Heydər Əliyev Fondunazirlik tərəfindən təqdim edilən Azərbaycanın klassik, muğam, cazpop musiqisinə dair çap-poliqrafiya məhsulları, disklər, turizm nəşrlərindən ibarət hədiyyə paketləri, İsmayıllının Basqal İpək Mərkəzinin hazırladığı kəlağayılar qonaqlara paylandı. Guşədə yaradılan xüsusi bölmədə qonaqlar Azərbaycan çayının, milli şirniyyatımız paxlavanın dadına baxdılar. Həmçinin milli musiqi alətlərimiz (tar, kamança, balaban, dəf) sərgiləndi. Alətlərin səsini dinləmək üçün xüsusi pleyerlər quraşdırılmışdı. Bundan əlavə, stenddə quraşdırılan iki monitorda Bakıda keçirilən beynəlxalq tədbirlərin video çarxları nümayiş olunurdu”.

Həmsöhbətimin sözlərinə görə, sərgi çərçivəsində oktyabrın 23-də gənc pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi etno-caz qrupunun konserti olub. Konsertdən öncə ölkəmizə həsr olunmuş musiqi ziyafəti (“Music reception”) təşkil edilib: “Burada Azərbaycan çayı, paxlavası ilə yanaşı, milli şərablar da təqdim edildi, xarici qonaqların musiqiçilərlə görüşü keçirildi. Elçin Şirinovqrupunun uğurlu çıxışından sonra qrup bir sıra beynəlxalq festival və sərgilərə dəvətlər aldı. Musiqiçilərimiz Azərbaycan incəsənətini layiqincə təmsil edərək iştirakçı ölkələrin diqqətini bizim guşəyə yönəldə bildilər. Sərgidə müxtəlif ölkələrdən bizə birgə layihələr təklif edildi. Muğamlarımıza maraq sonsuz olduğundan biz Heydər Əliyev Fondu tərəfindən hazırlanmış muğam kompozisiyalarından ibarət diskləri stendimizə yaxınlaşan insanlara hədiyyə edirdik. Bu zaman onların bizim ifaçılar haqqında bilgili olduqlarını görmək sözsüz ki, bizdə qürur hissi yaradırdı”.

Digər müsahibim Nərgiz Abdullayeva isə qeyd edir ki, ölkəmizin belə mötəbər tədbirdə iştirakı mədəniyyətimizin, musiqimizin təbliği baxımından böyük əhəmiyyətə malikdir: “Düşünürük ki, gələn ilWomex” sərgisinə qatılsaq daha orijinal variantla çıxış edək və ölkəmizin musiqisini daha geniş formatda təqdim edək”.

Azərbaycan guşəsi və təqdim edilən konsert proqramı “Womexin təşkilatçıları tərəfindən də yüksək qiymətləndirilib. Qeyd edək ki, ölkəmiz 2015-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti “Womexdünya musiqi sərgisinə dəvət alıb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 31 oktyabr.- S. 5.