Rostropoviçin ev-muzeyində anım tədbiri
Oktyabrın 29-da dünya şöhrətli bakılı musiqiçi Mstislav Rostropoviçin ev-muzeyində maestronun
xanımı, opera müğənnisi,
SSRİ Xalq artisti Qalina Vişnevskayanın anım günü ilə bağlı tədbir keçirildi.
Tədbiri muzeyin elmi işçisi Xədicə Sadıqova açaraq bildirdi ki, Qalina Vişnevskaya 25 oktyabr 1926-cı ildə Sankt-Peterburq şəhərində anadan olub. Valideynlərini vaxtsız itirdiyindən tərbiyəsi ilə nənəsi məşğul olub. Tale onu valideyn qayğısından məhrum etsə də, əvəzində gözəl səs və istedad bəxş edib. Muzeyin direktoru Şeyla Heydərova Qalina Vişnevskayanın yaradıcılıq yolundan danışdı. Bildirdi ki, onun gözəl səsi, nadir musiqi duyumu və güclü yaddaşı olub. O, bir dəfə eşitdiyi musiqini olduğu kimi təkrar edir və yaddaşında saxlayırdı.
Qalina Vişnevskaya Mstislav Rostropoviçlə 1955-ci ildə Praqa şəhərində keçirilən “Praqa yazı” adlı festivalda tanış olublar. Onları daha sonra yaradıcılıq əlaqələri bir-birinə sıx bağlayır və ailə qurmalarına zəmin olur. Maestro Qalina Vişnevskayanı 30 il müşayiət edib.
Çıxışlardan sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən slayd-şou göstərildi. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistlərindən Xalq artisti Samir Cəfərov, İlahə Əfəndiyeva və Fərid Əliyev musiqi parçaları ifa etdilər.
S.Fərəcov
Mədəniyyət.- 2014.- 31
oktyabr.- S. 4.