Bakıda Avropa film festivalı
keçirilir
Oktyabrın 30-da Bakıda V Avropa film festivalı başlayıb. Festival Avropa İttifaqının
Azərbaycan nümayəndəliyinin
(Aİ), ittifaqa üzv
dövlətlərin ölkəmizdə
təmsil olunan səfirliklərinin və
“Park Cinema”nın birgə təşkilatçılığı
ilə reallaşır.
Açılışdan əvvəl “Park Cinema”da mətbuat konfransı olub. “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru
Namiq Quliyev bildirib ki, noyabrın
9-dək davam edəcək
festivalda 20 ölkədən
müasir filmlər nümayiş olunacaq.
Filmlər təmsil etdikləri
ölkənin dövlət
dilində olmaqla rus və ya
ingilis dilində subtitrlə veriləcək.
Əvvəlki festivallardan fərqli
olaraq bu dəfə Azərbaycan filmi də təqdim
ediləcək. Belə ki,
festivalın sonuncu günündə Azərbaycanın
“Oskar” mükafatına təqdim
edilmiş “Nabat” filmi nümayiş olunacaq. Filmlər gündə 2 seans
olmaqla “Park Bulvar”da yerləşən “Park Cinema”da
təqdim ediləcək.
Bütün filmlərə giriş
pulsuzdur. Qeyd edilib
ki, festival müddətində
5 mindən çox tamaşaçının film izləmək
imkanı olacaq.
Aİ-nin Azərbaycan
nümayəndəliyinin rəhbəri
xanım Malena Mard deyib ki,
festival mədəni müxtəlifliyin
verdiyi bir çox imkanlardan yararlanmağımız baxımından
olduqca faydalıdır. Mədəniyyət bir çox yollarla insanların ümid və arzularını təcəssüm
etdirərək onları
bir araya gətirir. Festivalın proqramına daxil
olan filmlər komediya, dram, sənədli
film, animasiya kimi janrları əhatə etməklə bütün
kinosevərlər üçün
nəzərdə tutulub.
Almaniyanın Azərbaycandakı səfiri
xanım Haydrun Tempel, Fransanın Azərbaycandakı səfirliyinin
əməkdaşlıq və
mədəniyyət müşaviri
İv Zoberman layihənin əhəmiyyətindən
söz açıblar.
Sonra festivalın
açılış mərasimi
olub. Mərasimdə Azərbaycanın mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev və digər çıxış
edənlər festivalı
yüksək qiymətləndiriblər.
Bildirilib
ki, 2010-cu ildən təşkil olunan festival Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya
töhfə verir, onlar arasında mədəni əlaqələrin
qurulması və daha da inkişaf
etdirilməsi məqsədini
daşıyır.
Mədəniyyət.- 2014.- 31 oktyabr.- S. 2.