Peşəkar diktorluq sənətimizin banisi

 

Siyəzəndə Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub

 

Avqustun 30-da Siyəzən Şəhər Mədəniyyət Sarayında Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı, unudulmaz səsə malik olan diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub. Tədbirdə yerli icra orqanlarının nümayəndələri, tanınmış incəsənət xadimləri, mərhum sənətkarın ailə üzvləri iştirak ediblər.

 

İştirakçılar əvvəlcə Aydın Qaradağlının ifasında Cəfər Cabbarlının “Anaşeirinin səs yazısını dinləyiblər.

Tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov xalqımızın yaddaşında əbədi iz qoymuş görkəmli sənətkarın adının rayonda əbədiləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, 85 illik yubileyi ərəfəsində Siyəzən şəhərindəki küçələrdən birinə Aydın Qaradağlının adı verilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, şair, nasir, filologiya elmləri doktoru Vüqar Əhməd, “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cavanşir Cahangirov və başqaları çıxış edərək təkrarolunmaz səs sahibi, böyük ziyalı Aydın Qaradağlı haqqında xatirə və düşüncələrini bölüşüblər.

Sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Aydın Çingiz oğlu Qaradağlı 1929-cu il avqustun 20-də anadan olub. 17 yaşında radioda diktor kimi fəaliyyətə başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Teatr Məktəbini (aktyorluq ixtisası üzrə), 1949-cu ildə isə Moskvada Ümumittifaq diktorluq kurslarını uğurla başa vurub. O, respublikanın Əməkdar artisti adına layiq görülmüş ilk diktor olub.

Aydın Qaradağlı uzun ömür yaşamasa da, onun səsinin Azərbaycan mədəniyyətində rolu olduqca böyükdür. Görkəmli sənətkar istər rəsmi mövzuları, istərsə bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı məktəbindən bəhrələnir, onun səs yazılarını araşdırıb öyrənirlər.

Azərbaycan radiosununQızıl fond”unda Aydın Qaradağlının ifasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazıları qorunub saxlanılır. Aydın Qaradağlı 1980-ci il yanvarın 28-də dünyasını dəyişib.

Sənətkarın övladları Vüqar Aygül Qaradağlılar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Yubiley tədbirində tanınmış incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 14.