Yurd yerlərimiz bizi
gözləyir
Zərdab rayon Mərkəzi kitabxanasında avqustun 29-da Cəbrayıl, Füzuli,
Qubadlı rayonlarının işğalı ilə əlaqədar
“Əsir torpaqlarımız bizi gözləyir”
adlı dəyirmi masa keçirilib.
Tədbirdə kitabxananın əməkdaşları Cəmalə Feyzullayeva Füzuli rayonunun, Samirə Yahyayeva Cəbrayıl rayonunun, Elnarə Salikova isə Qubadlı rayonunun işğal tarixi haqqında çıxış ediblər. Nailə Əliyeva, Firuzə Qocayeva ölkəmizdə ordu quruculuğu, torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Kitabxananın fəal oxucuları Səmərrux Osmanova və Nərmin Babazadənin qələbə soraqlı şeirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda Ağdam qaçqını, hər iki valideynini itirmiş Qarayeva Səlminaz Təvəkkül qızına kitabxana işçilərinin yardımı təqdim olunub.
* * *
Mövzu ilə
bağlı avqustun 26-da MKS-nin
10 saylı Yarməmmədbağı kənd kitabxana
filialında da “Vətən bizi çağırır” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə filial müdiri Ofeliya Əzizova,
Yarməmmədbağı kənd orta məktəbinin
müəlliməsi Məlahət Əliyeva, hərbi xidmətdə
olan oğlunun
yanından gəlmiş Xatirə Ağayeva
çıxış ediblər. Əsgər anası Humay Həsənova və şəhid
bacısı Mahirə Qasımova ailələrinə göstərilən
diqqət və qayğıya görə ölkə
başçısına minnətdarlıqlarını
bildiriblər.
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 13.