Oğuz rayon MKS-də
tələbə gənclərlə görüş
Avqustun 29-da Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında bu il respublikanın ali məktəblərinə
qəbul olunmuş bir
qrup gənclə görüş
keçirilmişdir.
Oğuz rayonu təhsildə həmişə qabaqcıl yerlərdən birini tutmuşdur. Bu il də rayonumuzdan 182 nəfər gənc respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunaraq tələbə adına layiq görülmüşlər. Onlardan 8 nəfəri 600-dən çox bal toplamışdır. Tələbə adını qazanan gənclər arasında kitabxanamızın fəal oxucuları (G.Soltanlı, A.Qurbanzadə, Z.Rəsullu, O.Abdullayev, M.Cavadov, M.Süleymanov, S.İsayeva, A.Yusifova, İ.Hüseynova) da var.
MKS-nin böyük kitabxanaçısı N.Manafova tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzuladı. MKS-nin uşaq şöbəsinin müdiri K.Cəfərova bu gənclərin hələ uşaq yaşlarından kitaba olan marağından, onların kitabxananın fəal oxucuları olmasından, keçirilən tədbirlərdə yaxından iştirak etmələrindən söhbət açdı. MKS-nin direktoru S.Mikayılova gənclərə tövsiyələrini verərək, kitabxanaların insan həyatında əhəmiyyətli rolundan bəhs etdi.
Gənclər öz çıxışlarında qazandıqları uğurda əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildirərək, tələbə adını qürurla və ləyaqətlə daşıyacaqlarını bildirdilər.
M.Bəkirova,
Oğuz rayon MKS-nin informasiya
resurs şöbəsinin
müdiri
Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 13.