Almaniya turizm təmsilçilərinin
ölkəmizə tanışlıq səfəri başa çatıb
Avqustun 24-dən 31-dək Almaniyanın
aparıcı turizm şirkətlərinin
nümayəndələri ölkəmizdə səfərdə
olub.
Azərbaycanın
Almaniyada turizm nümayəndəliyi olan «Aviareps Tourism GmbH»
şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə
əməkdaşlığı çərçivəsində
reallaşan səfər iki ölkənin turizm şirkətləri
arasında əməkdaşlığın genişləndirilməsi
və turizm imkanlarının tanıdılması məqsədi
daşıyıb.
Səfər çərçivəsində
almaniyalı heyət Azərbaycanın turizm
şirkətlərinin və hotellərin təmsilçiləri
ilə görüşüb. Görüşdə «Geo-travel», «İmprotex
travel», «ENC tours», «SW travel», «Regeatravel»,
«Proxy travel», «Victorytour» şirkətlərinin
və «JW Marriott Absheron
Baku», «Austin», «Central Park», «Park İNN» mehmanxanalarının
nümayəndələri iştirak
ediblər. Turist mübadiləsinə dair danışıqlar aparılıb, gələcək
əməkdaşlıq perspektivləri
müzakirə olunub.
Qonaqlar həmçinin Bakıdakı
brend mehmanxanalarla - «JW
Marriott Absheron Baku», «Fairmont Baku», «Hyatt
Regency Baku», «Jumeirah Bilgah
Beach», «Kempinski Hotel Badamdar»
və «Four Seasons Baku» hotelləri
ilə yaxından tanış olublar. Bununla yanaşı, «Qala» tarix-etnoqrafiya, «İçərişəhər» tarix-memarlıq, Qobustan tarix-bədii, «Atəşgah
məbədi» tarix-memarlıq,
«Yanardağ» tarix-mədəniyyət
və təbiət qoruqlarını və s. tarix-mədəniyyət abidələrini
ziyarət ediblər, Qəbələ,
Şəki, Naftalan, Göygöl və Gəncəyə səfər
edərək, bu regionların turizm potensialı ilə tanış olublar.
Onu da qeyd edək ki, iki ölkə
arasında turizm əlaqələrinin genişləndirilməsi
və Azərbaycanın
turizm potensialının
tanıdılması məqsədilə
sentyabrın 3-dən 7-dək Almaniyanın MİCE turizmi
təmsilçilərinin, sentyabr
25-dən 30-dək isə tanınmış
KİV nümayəndələrinin ölkəmizə səfəri
nəzərdə tutulub.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 6.