BMT-nin Sivilizasiyalar Alyansının
Dünya Forumu keçirilib
Forumda Azərbaycan nümayəndə
heyəti iştirak edib
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi
ilə nümayəndə
heyəti BMT-nin Sivilizasiyalar Alyansının
VI Dünya Forumunda iştirak etmək üçün avqustun
28-dən sentyabrın 1-dək İndoneziya Respublikasında
səfərdə olub.
Avqustun 29-da səfər
çərçivəsində Elçin Əfəndiyev Dünya Forumunun Nazirlər Toplantısında
çıxış edərək
Azərbaycanın müasir
mədəniyyətlərarası münasibətlərə, multikulturalizmin
inkişafına, tolerant mədəniyyətin
beynəlxalq təbliğinə
töhfəsi barədə
iştirakçılara məlumat
verib. Baş nazirin müavini
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə həyata keçirilən Bakı prosesi, Dünya Mədəniyyətlərarası Dialoq forumları, yeni yaradılmış Bakı Multikulturalizm Mərkəzinin əhəmiyyətindən
danışıb.
Səfər çərçivəsində Elçin Əfəndiyev ilə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo arasında görüş olub. Görüşdə Azərbaycan-İspaniya iqtisadi,
siyasi və humanitar əlaqələrinin
hazırkı səviyyəsi
və gələcək
perspektivləri barədə
fikir mübadiləsi aparılıb, əməkdaşlığın
daha da dərinləşdirilməsinin
vacib olduğu vurğulanıb. Elçin
Əfəndiyev Ermənistanın
Azərbaycan torpaqlarının
20 faizini işğal etdiyini və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
icra olunmadığını
və ölkəmizin
ərazi bütövlüyünün
İspaniya tərəfindən
dəstəklənməsinin əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırıb.
Baş nazirin müavini tədbir çərçivəsində Yeni Zelandiyanın ticarət naziri ilə də görüşüb. Görüşdə ölkələrimizin əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Avqustun 30-da Elçin
Əfəndiyev BMT-nin
Sivilizasiyalar Alyansının
rəhbəri Nassir Abdulaziz
əl-Nasser ilə görüşüb. Azərbaycan ilə BMT-nin
Sivilizasiyalar Alyansı
arasında münasibətlər
barədə fikir mübadiləsi aparılıb.
Elçin Əfəndiyev BMT-nin Sivilizasiyalar Alyansının VII Dünya
Forumunun 2016-cı ildə
Azərbaycanda keçirilməsini
təklif edib.
BMT SA-nın rəhbəri Azərbaycan
ilə əməkdaşlıqdan
məmnun olduğunu bildirərək 2015-ci ildə
Bakıda keçiriləcək
III Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkilində yaxından
iştirak edəcəklərini
deyib.
Görüşdə BMT-nin
Sivilizasiyalar Alyansı
ilə Azərbaycanın
Xarici İşlər
Nazirliyi arasında müqavilə imzalanıb.
Müqaviləni qurumun rəhbəri
Nasir Abdulaziz əl-Nasser və Azərbaycanın İndoneziyadakı
səfiri Tamerlan Qarayev imzalayıblar.
Baş nazirin
müavini Elçin
Əfəndiyev Kral Abdulla
Mədəniyyətlərarası Beynəlxalq Dialoq
Mərkəzinin rəhbəri ilə Azərbaycanla əməkdaşlıq
məsələləri barədə fikir
mübadiləsi aparıb.
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 4.