Azərbaycan incəsənətinin
təbliği ilə bağlı layihə həyata keçirilir
“Azad Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan incəsənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması” layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən layihənin məqsədi regionlarda təsviri sənətin və heykəltəraşlığın təbliği, gənc nəslin bu sahəyə marağının artırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də gənclərin ölkəmizin təbliğ olunmasında yaxından iştirakına şərait yaratmaqdır. Avqust ayında Ağdaş, Masallı, Neftçala və Xaçmaz rayonlarında gerçəkləşən layihədə bu bölgələrin hər birindən 20 nəfər olmaqla ümumilikdə 80 gənc rəssam və heykəltəraş iştirak edib.
Layihə çərçivəsində gənc rəssamların və heykəltəraşların əsərlərinin tanıdılması və satışı məqsədilə sərgi-yarmarkalar da təşkil olunub. Burada məqsəd ölkəmizin təsviri sənətinin yerli və xarici turistlərə tanıdılmasını və təbliğini daha da gücləndirməkdir. Sərgilər zamanı sənətkarlar gənclərin bu sahəyə həvəsinin artırılması məqsədilə məşğələlər keçiblər.
Həmçinin gənc rəssam və heykəltəraşlar
üçün ikigünlük
treninq təşkil olunub.
Gənclərə aidiyyəti dövlət və yerli idarəetmə orqanları, qeyri-hökumət
təşkilatları və iş
adamları ilə əməkdaşlığın
qurulması imkanları öyrədilib.
Mədəniyyət.- 2014.- 5
sentyabr.- S. 13.