Kitabxanada məcburi köçkün
ailəsi ilə görüş
Zərdab
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hərbi-vətənpərvərlik
mövzusunda keçirdiyi tədbirlərdən biri Əlvənd
kənd kitabxana filialında keçirilib. Kənd
icra nümayəndəliyi və Mədəniyyət
evi ilə birgə təşkil olunan tədbirdə 16 il bu kənddə məskunlaşmış
Laçından məcburi köçkün
ailəsi də iştirak edib.
Əlvənd kənd Mədəniyyət evinin
direktoru Sahib Şirinov neçə illərdir azərbaycanlıların
məcburən sürükləndiyi qaçqınlıq həyatından,
onların qayğılarından, dövlətimizin öz yurd-yuvalarından didərgin düşənlərə
göstərdiyi diqqət və qayğıdan söhbət
açıb. Qayğı yükü
ağır olan 10 nəfərlik ailənin
başçısı ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi
siyasətə, torpaqlarımızın azad
olunacağına inamını ifadə edərək tədbirin
təşkilatçılarına təşəkkürünü
bildirib. Sonda ailəyə
hədiyyə təqdim olunub.
Mədəniyyət.- 2014.- 10
sentyabr.- S. 15.