Parisdə Azərbaycan
dili tədris edilir
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan evi”nin təşkilatçılığı ilə artıq üç ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, yeni dərs ilinin ilk günündə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
“Azərbaycan evi”nin rəhbəri Mirvari Fətəliyeva şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, həftəsonu məktəbə layihəyə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə minnətdarlığını bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov layihənin əhəmiyyətindən danışıb, uşaqlara səfirlik adından dərsliklər və tədris ləvazimatları hədiyyə edib.
Parisdəki “Azərbaycan evi”nin təşkil etdiyi həftəsonu
məktəbində şagirdlər yaş
fərqinə görə iki qrupda təhsil alırlar. Həftənin şənbə
günləri keçirilən dərslərdə müəllimlər
uşaqlara əsasən Azərbaycan əlifbasını
və Azərbaycan dilini tədris edirlər.
Mədəniyyət.- 2014.- 10
sentyabr.- S. 13.