“Sənədli film bədii təxəyyülə deyil, sənədlərə əsaslanmalıdır”

 

“Salnamə” studiyasının quruluşçu rejissoru Tahir Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (Əməkdar incəsənət xadimi Cəmil Quliyevin emalatxanası) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti (1995-2000), “Azərbaycantelefilm” yaradıcılıq birliyində və AzTV-ninXüsusi layihələr” departamentində rejissor işləyib.

 

Kinematoqrafiya sahəsində uğurlarına görə 2005-ci ildə “İlin ən yaxşı sənədli film rejissoru” mükafatına, respublika “Gənclər mükafatı”na, V, VII beynəlxalq audiovizual kinofestivalları, V Volokolamski beynəlxalq kinofestivalı (Moskva), V Avrasiya beynəlxalq kinofestivalı (I dərəcəli diplom, Sevastopol), XVIII "Zolotoy Vityaz" kinoforumu (Lipetsk, Rusiya) və digər festivalların mükafatlarına layiq görülüb.

Kazan, Minsk, Sankt-PeterburqBursada keçirilən beynəlxalq kinofestivalların iştirakçısı olan rejissor "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin ölkəmiz üzrə nümayəndəsidir. Onunla söhbətimiz sənədli kinonun problemləri və həyata keçirdiyi layihələr haqqında oldu. Rejissor ilk olaraq Azərbaycanda sənədli filmin inkişaf tarixinə nəzər saldı.

- Bilirsiniz ki, Azərbaycan kinosunun tarixi sənədli filmdən başlayır. Sovet İttifaqı dövründə də ölkəmizdə çoxlu sənədli filmlər çəkilib. “Azərbaycanfilm” kinostudiyasında sənədli filmlər studiyası, paralel olaraq 50 illik tarixi olan “Azərbaycantelefilm” yaradıcılıq birliyinin sənədli filmlərin çəkilməsində, bu sahənin inkişafında mühüm xidmətləri var. Ölkəmiz müstəqillik qazandıqdan sonra “Azərbaycanfilm”in nəzdində “Yaddaş”, “Rakurs”, “Salnamə” və s. sənədli filmlər studiyası yaradıldı. Eyni zamanda özəl telekanallarda da sənədli filmlər şöbəsi təşkil edildi. Həmin dövrdə iqtisadi cəhətdən bədii film çəkilişi üçün imkanlar məhdud olduğuna görə sənədli kinoya daha çox diqqət verildi. Son 6-7 ildə həm kinostudiyada, həm də telekanallarda rejissorlar bir çox sənədli filmləri ərsəyə gətiriblər.

 

- Azərbaycan tamaşaçısının sənədli filmlərə marağı nə dərəcədədir?

- Sənədli film xüsusi auditoriya üçün nəzərdə tutulur. Bizdə sənədli filmə maraq o qədər də çox deyil. Bölgələrin ictimai baxışı da sənədli filmləri qəbul etməyə hazır görünmür. Məsələn, Rusiyada Volqoqrad tamaşaçılarının Volqa çayı haqqında sənədli filmlərə yüksək marağını görmək olar. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Mənim fikrimcə, kütləvi surətdə teleseriala baxanlar eyni şövqlə sənədli filmə baxa bilməzlər.

 

- Xarici ölkələrdə sənədli filmlərə yanaşmadakimi fərqli meyarlar var?

- Avropada sənədli filmlər başqa rakursdan görünür. Sovet dönəmində sənədli filmlərdən təbliğat maşını kimi istifadə edilirdi. Sənədli film o deməkdir ki, çəkəcəyimiz bütün materiallar bədii təxəyyülə deyil, sənədlərə əsaslanmalıdır. Mən Moskvada sənədli filmlər üzrə festivalda iştirak etdiyim zaman tanınmış kinorejissor Anna Firsova deyirdi ki, gördüyünü sənədə, fakta əsaslanaraq çəkməlisən. Sənədli filmlərin portret, elmi-kütləvi, tarixis. növləri var.

 

- Rejissor kimi bu növlərin hansını özünüzə daha yaxın hesab edirsiniz?

- Mən 15 sənədli film çəkmişəm. Bundan 9-u Böyük Vətən müharibəsinə həsr edilib. Bu filmlərlə beynəlxalq festivallarda qalib olmuşam. Hazırda II Dünya müharibəsində İtaliyada müqavimət hərəkatında azərbaycanlıların iştirakı və rolu mövzusunda bir sənədli film üzərində işləyirəm. Ssenarisi Elxan Ələsgərova məxsus olan filmQafqazdan Apenninə” adlanır. İtaliyanın Berqamo, Milans. şəhərlərində çəkilişlər apardıq. İtaliyada 200-dən artıq azərbaycanlının məzarını lentə aldıq. Oradakı şahidləri danışdırdıq. Yəqin ki, oktyabr ayında filmi təhvil verəcəyik.

 

- Region telekanalları ilə əlaqələriniz nə səviyyədədir?

- EL TV- bir neçə layihəm olub. Bu il İstanbul Bilkənd Universitetinin sinema üzrə magistraturasını bitirəcəyəm. Diplom filmimin çəkilməsində EL televiziyası rəhbərliyinin böyük köməyi oldu. Buna görə onlara təşəkkürümü bildirirəm.

 

- Necə oldu ki, təhsilinizi Türkiyədə davam etdirməyi qərara aldınız?

- Magistratura rejissora film çəkməyi öyrətmir, nəzəri bilikləri öyrədir. Bizdə nədənsə gənc nəsil kütləvi surətdə Türkiyə yaxud digər ölkələrdə magistraturaya daxil olmağa can atır. Mən magistraturanı 38 yaşımda oxuyuram bu zamana qədər ondan çox film çəkmişəm. Oxumaqda məqsədim Azərbaycanda yaranacaq kino məktəbində lazım olarsa öz biliklərimi gələcək nəslə ötürməkdir. Gənclər əsl rejissor olmaq istəyirlərsə, gedib Moskvada, Tbilisidə, yaxud Fransada kurs keçməlidirlər. Təcrübə qazanmaq üçün ustad dərslərində iştirak etmək lazımdır.

 

- Bədii film çəkmək arzunuz olubmu?

- İlham Tumasın ssenarisi əsasındaSərçələrin payı İntiqam Hacılının ssenarisi üzrəTbilisofilmlərini çəkmişəm. Diplom filmim yazıçı-publisist Nəriman ƏbdürrəhmanlınınAdsızhekayəsinin motivləri əsasında Ramil Ələkbərovun ssenarisinə çəkilmiş tammetrajlı bədii filmdir. Qarşıda iki böyük layihəmiz var. Avropa Türkiyə kino prodüserləri ilə işbirliyimiz nəzərdə tutulur, eyni zamanda noyabr ayındaLalın səsiqısametrajlı bədii filminin çəkilişlərinə başlayacağıq.

 

Söhbətləşdi: Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 11.