Mədəniyyət
və Turizm Nazirliyi mehmanxanalara dərəcə sertifikatı və
lisenziyalar verib
Mehmanxana və mehmanxana
tipli obyektlərdə göstərilən
xidmətlərin müvafiq tələblərə
və standartlara uyğunluğunu
yoxlamaq və müəyyən etmək məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını
aparır.
Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014"ə uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.
2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 08.08.2014 - 08.08.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib: "JW Marriott Absheron Baku" mehmanxanası (5 ulduz); "Kempinski Hotel Badamdar Baku" mehmanxanası (5 ulduz); "Caspian Sea Resort" mehmanxanası (5 ulduz); "Şah" mehmanxanası (4 ulduz); "Alp İnn" mehmanxanası (4 ulduz); "Emerald" mehmanxanası (4 ulduz); "Viləş Palace" mehmanxanası (4 ulduz); "Meşəbəyi" istirahət mərkəzi (4 ulduz); "Austin Butik" mehmanxanası (3 ulduz); "Arena" mehmanxanası (3 ulduz); "Rigs" mehmanxanası (2 ulduz).
Avqust ayı ərzində bir sıra mehmanxanalar fəaliyyət üçün lisenziya da alıb. Ölkə Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən avqust ayı ərzində aşağıda göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib: "Eden Park Hotel" istirahət mərkəzi (Qax rayonu, İlisu kəndi); "Cinema Boutique" mehmanxanası (Gəncə şəhəri); "Bulvar İnn" mehmanxanası (Bakı şəhəri); "Gəncəli Plaza" mehmanxanası (Bakı şəhəri); "Qaya" istirahət mərkəzi (İsmayıllı rayonu, Qaraqaya kəndi); “Balakən" mehmanxanası (Balakən şəhəri).
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən həmçinin
avqust ayı ərzində
aşağıdakı şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya)
verilib: "Karvan Turizm" MMC; "Att Travel Azərbaycan" MMC; “STİ Azerbaijan" MMC; "Ayulduz"
İdman Klubu; "Palma-ENK" MMC; "Breeze"
MMC; "Talıblı Travel" MMC; "Qlobal" MMC (hamısı Bakı şəhəri).
Mədəniyyət.- 2014.- 10
sentyabr.- S. 9.