Polşada Azərbaycan muğamı

 

Azərbaycanın Polşadakı səfirliyi və paytaxtın Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Varşava şəhərində yerləşən Saska Kempa Mədəniyyət Mərkəzində “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.

Səfirlikdən bildiriblər ki, Azərbaycan diasporunun 150-dək təmsilçisi, Polşa Xarici İşlər Nazirliyinin əməkdaşları, Varşavanın Pruşkuv rayonunun, Nadajın qəsəbəsinin rəhbərliyi və şəhər ictimaiyyəti nümayəndələri konsert proqramını izləyiblər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovPruşkuv Rayon İcra Hakimiyyətinin başçısı Eljbieta Smolinskaya konsertdən əvvəl çıxış edərək ölkələrimiz arasında əlaqələrdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışıblar.

Bakının Xəzər rayonunu təmsil edən incəsənət xadimləri konsertdə Azərbaycan muğamını ifa ediblər. Həmçinin milli rəqslərimiz iştirakçıların marağına səbəb olub. Konsert yallı rəqsi ilə yekunlaşıb.

Sonda Polşa və Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.

 

Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 8.