Fransanın Ruan şəhərində Azərbaycan musiqisi səslənib
Fransanın Ruan şəhərində XVII beynəlxalq türk dilləri qurultayı keçirilib. Qurultayın təşkilat komitəsinin sədri, Ruan Universitetinin professoru Mehmet Əli Əkinçi iştirakçıları salamlayaraq, tədbirə dəstək verən təşkilatlara, o cümlədən Azərbaycanın Fransadakı səfirliyinə təşəkkür edib.
Qurultay çərçivəsində
konsert təşkil edilib. Konsertdən əvvəl fransız
bəstəkarı, Xocalı
soyqırımına həsr
edilmiş “Xocalı
613” əsərinin müəllifi
Pyer Tilua çıxış edərək
Azərbaycan mədəniyyəti
və musiqisi barədə fikirlərini
bölüşüb.
Sonra Azərbaycanlı skripkaçı
Səbinə Rakçeyeva
fransız musiqiçilərinin
müşayiəti ilə
dahi musiqiçi Qara Qarayevin əsərlərini, fransalı
bəstəkarın “Xocalı
613” əsərini, həmçinin
digər xarici bəstəkarların yaradıcılığından
nümunələr səsləndirib.
Qurultay zamanı
iştirakçılara Heydər
Əliyev Fondu tərəfindən nəşr
edilmiş Azərbaycan
mədəniyyətinə aid kitab və broşürlər
paylanılıb.
Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 7.