Bizi ümumi tarix, dinortaq mədəni meyarlar birləşdirir”

 

İran nümayəndə heyəti ilə görüşdə turizm və mədəni irs sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

 

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının Xorasan vilayətinin valisi Əlirza Rəşidiyanın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul etdi.

 

Nazir qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanı Xorasan vilayəti ilə qədim tellər bağlayır: “Sizin səfərinizlə tarixi qədim olan bu əlaqələr yenilənəcək. Azərbaycan və İran arasında mədəniyyət və turizm əlaqələri daim inkişafda olub. Ümidvaram ki, nümayəndə heyətinizin Bakıda keçirdiyi görüşlər bu sahədə əməkdaşlığa təkan verəcək, yeni imkanlar yaradacaq”.

İki ölkənin dost münasibətlərindən söz açan nazir vurğuladı ki, bizi ümumi tarix, dinortaq mədəni meyarlar birləşdirir: “Ona görə də bu cür səfərlər və görüşlər sözsüz ki, iki dövlət arasında münasibətlərin genişlənməsinə və inkişafına xidmət edir”.

Nümayəndə heyətinin rəhbəri Əlirza Rəşidiyan öz növbəsində səmimi qəbula görə nazirə təşəkkürünü bildirərək qeyd etdi ki, dostqonşu ölkə olan Azərbaycan və İran arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur, bu əlaqələrin tarixi-mədəni kökləri var. Vali iki ölkə rəhbərinin Davos görüşündən və eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfərindən sonra qarşılıqlı əlaqələrin daha da genişləndiyini vurğuladı. Onun sözlərinə görə, bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan-İran müştərək iqtisadi komissiyasının iclası da bu əlaqələrə yeni təkan verib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət, turizm və mədəni irs sahəsində əməkdaşlıq, yeni aviareyslərin açılması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 3.