Lənkəranda
“Sülh aylığı” tədbirləri
Sentyabrın 9-da Lənkəran şəhəri Mərkəzi kitabxanasında “Sülh aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova, kitabxananın şöbə müdirləri Xədicə Məmmədova və Xuraman Quliyeva çıxış edərək bu sahədə qanunvericilik bazası, görülən işlər barədə danışıblar.
Tədbir iştirakçılarına BMT-nin İnsan Hüquqları Konvensiyası, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) haqqında qanununun müddəaları izah olunub. Sonda uşaqların ifasında sülhə, vətənə həsr olunan şeirlər söylənilib.
Layihə çərçivəsində
sentyabrın 10-da şəhərdəki Heydər Əliyev Mərkəzi
tərəfindən O.Mirzəyev adına qarışıq tipli uşaq evində “Uşaqlar sülh uğrunda” adlı rəsm sərgisi təşkil
olunub. Mərkəzin rəsm studiyasının
gənc istedadlarının əl işləri nümayiş
etdirilib. Heydər Əliyev Mərkəzinin
baş mühafizi Aygün İbrahimova və
elmi işçisi Ruhulla Şahbazi
çıxış edərək respublikada
hər il keçirilən “Sülh aylığı”nın ictimai əhəmiyyətindən
danışıblar.
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 11.