Azərbaycanla Argentina arasında mədəni əməkdaşlıq
müzakirə edilib
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin mədəniyyət naziri Teresa Parodi ilə görüşüb. Səfirlikdən bildiriblər ki, görüşdə iki ölkənin dünya mədəniyyətinə və incəsənətinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Səfir Məmməd Əhmədzadə
ölkəmizin zəngin mədəni irsi,
mədəniyyət sahəsində dövlət siyasəti,
Azərbaycan mədəniyyətinin dünyada
təbliği istiqamətində görülən işlər
barədə danışıb. Tərəflər Azərbaycan
və Argentina arasında mədəniyyət
sahəsində əməkdaşlıq,
qarşılıqlı səfərlərin, proqramların və
tədbirlərin təşkili məsələlərini
müzakirə ediblər.
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 6.