Azərbaycan və
Mərakeşin milli kitabxanaları
arasında əməkdaşlıq memorandumu
imzalanacaq
Sentyabrın 10-da
Mərakeş Krallığının ölkəmizdəki səfiri
Həsən Hami M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında olub.
Milli
Kitabxanadan verilən məlumata görə, görüşdə
iki ölkə arasında mədəni əlaqələrdən,
milli kitabxanaların əməkdaşlığından
söhbət açılıb.
Səfir Həsən Hami Mərakeşin kitabxana fondlarında qədim Azərbaycan əlyazmalarının olduğunu diqqətə çatdırıb: “Azərbaycanda da müvafiq fondlarda ərəb əlyazmalarına rast gəlmək olar. Hər iki tərəf üçün bu ədəbiyyatlar maraq doğuracaq”.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da öz növbəsində kitabxana fondlarında mühafizə olunan ərəb ədəbiyyatının böyük maraq doğura biləcəyini vurğulayıb. O, müxtəlif vaxtlarda Milli Kitabxanada Mərakeşlə bağlı təşkil edilən tədbir və sərgilər barədə danışıb.
Görüşdə o da qeyd olunub
ki, qarşılıqlı əməkdaşlığı
daha da genişləndirmək
məqsədilə bu ilin
oktyabr-noyabr aylarında Bakıda iki ölkənin milli
kitabxanaları arasında memorandumun
imzalanması nəzərdə tutulub.
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 5.